Bu sözün əsli bulayu olub və “bu sayağı” deməkdir. Tatar dilində həmin kəlmə bolay kimi işlədilir, əslini bir qədər hifz edə bilib. Elə sözü də “olayu” (o sayaq) deməkdir. -layu şəkilçisi müstəqil söz olan yalı kəlməsinin zəminində yaranıb. Kənd yerlərində ilana bənzər ot taylarına “ilanyalı taya” deyirlər. Deməli, yalı sözü layu formasına düşüb, o da öz növbəsində şəkilçiləşib: elə, belə sözlərindəkindən fərqli olaraq –layu şəkilçisi ov, öv kimi də formalaşıb: gözayu dönüb olub kösöv, oxlayu dönüb olub oxlov və s. Belə enklitik sözlər sırasına daxildir, yəni özündən əvvəlki söz məntiqi vurğu qəbul edir (bununla belə...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir ehtimala görə, bu söz beş və bedtər (pis) kəlmələrindən əmələ gəlib. Hərfi mənası “5 dəfə pis” deməkdir. Birinci komponent (beş) öz sözümüzdür (O.Süleymenov beş sözünü Hind–Avropa mənşəli hesab edir), ikinci isə farscadır (bəd və təhər). Bəs niyə altıbetər yox, məhz beşbetər olub? Burada betər sözünün fonetik tərkibi ilə beşin fonetik tərkibi arasındakı yaxınlıq əsas rol oynayıb. İkinci ehtimal da mümkündür: sözün əsli bədbetər olub və sonradan təhrif edilərək beşbetər şəklinə düşüb. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir vaxtlar qohumlara bağır, evlənmə xətti ilə olan qohumlara “böşük” deyiblər. Qarşılıqlı qız alıb –verərək qohum olanlar isə bağır –böşük adlanıb. Beşik “yüyrüyə” deyilir. Deməli, kəbinin nəticəsi kimi uşaq meydana gəlib və onun bəsləndiyi yerə, əşyaya da beşik adı verilib. Beşik kəlməsini bəsləmək feili də bağlamaq mümkündür: beşik –“uşağın bəsləndiyi yer” deməkdir. Qayğı mənasını əks etdirən buşuş, buşmək, bışmaq sözləri də mövcud olub. Kəbin qohumluğu, yəni qudalıq qədimdə çox müqəddəs hesab olunub (elə quda və qutlu sözləri də eyni kökə malikdir). Ona görə də oğlan və qohumlarının qarşılıqlı qayğısı buşuş adlanıb, beşiklə, nəvə ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti