Bəzi heyvanların (ən çox atın) erkəyinə deyirlər. Bir ehtimala görə, bu söz hayqırmaq, qışqırmaq sözlərinin modeli üzrə ay (səs) sözündən əmələ gəlib. Ayğır kəlməsinin mənası “qışqırmaq” deməkdir. Erkək at olan və döl üçün bəslənən ayğırın necə kişnəməsi yaxşı məlumdur. İkinci ehtimala görə, söz ayğır (azğır, adğır, ağyır) formasında olub (həqiqətən, mənbələrdə bu, mövcuddur) və ağ (yuxarı) sözü ilə bağlıdır: “yuxarı, üstünə sıçrayan” deməkdir. Hətta xoruz yerinə, toyuq ayğırı birləşməsindən istifadə edilən vaxtlar olub. İkinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə göstərilir ki, oy (ay) sözünün bir mənası “ağıl”, “fikir” deməkdir. Oyaq və oyan sözlərinin törəmə etimoloji kökü “oya”dır. Daha qədim kök isə “oy”dur. -a şəkilçisi isə onu feilə (yaş-a-maq modeli üzrə), -q şəkilçisi (əsli; -aq şəkilçisi) isə sifətə çevirmiş, -n şəkilçisi isə feilin qayıdış növünü yaratmışdır. Ayıq, “ağıllı”, “fikri yerində olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün qədim kökü ay (разделять) feilidir, -ır şəkilçisi köç-ür-mək qəlibi üzrə ay felini təsirli feilə çevirib, sonra köklə qaynayıb-qarışıb. Ay sözü “şüur” mənasında qeydə alınıb, görünür, o da feil kimi işlədilib (omonim olub), ay-ıl, ay-ıq kəlmələrindəki şəkilçilər kökün feil olmasından xəbər verir. Bu söz yarmaq feili ilə qohumdur. Mənbələrdə ayırıq və yarıq kəlmələri sinonim kimi də qeydə alınıb. “Отделять” mənası həm ay, həm də ar sözləri ilə bağlı şərh olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEyn (göz), eynək (gözlük), əyani (görünən) tipli sözlərlə ayna (göstərən) kəlməsi eyni kökə malikdir və ərəb mənşəlidir. Ayna sözünü bəzən fars mənşəli hesab edirlər. Məncə, ayna (hətta rus dilindəki окно) kəlməsi tarixi baxımdan göz (eyn) sözü ilə bağlıdır və ərəb mənşəlidir. Doğrudur, rus dilində də “göz” (görmək) anlamını verən око(очки) sözü var, amma bunlar da ərəb dili ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözü bəzən ayırmaq məsdəri zəminində şərh edirlər. Guya nehrə çalxalayanda yağ və ayran bir-birindən ayrıldığı üçün ona məhz “ayran” demişlər. M.Kaşğarinin “Lüğət”ində söz ayran kimi yox, acırğan kimi yazılmışdır. Acırğan isə acı (turş) kəlməsi ilə bağlıdır. Deməli, ayran sözü etimoloji baxımdan “turş” mənasını verən acı sözündən əmələ gəlib. Dədə Qorqud doyran deməməklə haqlı idi, çünki ayran doyuran yox, “turş” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti