Bu planetin mənbələrdə başqa bir adı da var: yalçuq. Ay “fırlanma”, yalçuq isə “işıq” anlamı ilə bağlıdır. Əylənmək, Aydəmirov, əyirmək kimi sözlərin hamısı “fırlanma” mənasını verən ay kəlməsi zəminində əmələ gəlib. Quba dialektində aylan sözü indi də işlədilir. Rus dilindəki секира sözü bizdə aybalta kimi (dəyirmi balta) işlədilib və indi də işlədilməsi məsləhətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində əlin içinə “aya” deyirlər. “Sözümün öyü var” cümləsi də işlədilir ki, burada öy sözü aya sözünün dəyişmiş formasıdır. “Çəpik çal” yerinə bəzi türk dillərində “aya yap” deyirlər. Dialektlərdə aya yerinə bəzən maya da işlədilir. Anam deyərdi: “kürəyimi əlinin mayası ilə ovuşdur”. Mənbələrdə ayağın altındakı orta hissəyə (çökək yerə) də ayaq ayası formasında rast olunur. Deməli, aya – “iç”, “məğz”, “çökəklik” (oyuq yer) mənalarını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Qırğız dilində ay “getmək”, “yerimək” mənasında işlədilir. Soraq sözünün qəlibi üzrə də ayaq yaranıb, mənası “gediş”, “hərəkət üçün vasitə” deməkdir. Ehtimal etmək olar ki, addım sözü də bu kəlmə ilə kökdaş olub. Söz aşaq, adaq formasında da işlədilib. İndi də kəndin ayağı dedikdə onun aşağı tərəfi başa düşülür. Ayaq və baş sözləri antonimdir. Deməli, baş – “yuxarı” (dağın başı deyirik), ayaq isə “aşağı” deməkdir. Bu, ayaq sözünün ikinci yozumudur. Ayaq sözünün üçüncü mənası “badə, qədəh, piyalə” anlamı ilə bağlıdır. İndi bu məna arxaikləşib. Türk aləmində heyvanın heç nəyi atılmazmış: gönündən, ətindən, yunundan, bağırsağından, sümüyündən... hər şeyindən müəyyən məqsədlər üçün istifadə olunmuşdur. Dəvənin dırnağından həm də şərab qabı kimi istifadə olunmuş və ona ayaq deyilmişdir. “Ta girib meyxanə içrə başıma çəkim ayaq” (S.Ə.Şirvani) cümləsində ayaq qədəh mənasındadır. Ayaqçı (saqi mənasında) sözü də var: “Cam içirən ayaqçıya döndü Füzuli...”. Ayaq sözünün dördüncü mənası “hörmət” deməkdir. Filankəsin ayağına getmək “onun hörmətini yüksək tutmaq” kimi başa düşülür. Güman edirəm ki, “hörmət” mənasında işlədilən ayaq sözü, əslində, ağır şəklində olmuş, sonra təhrif edilmişdir. Ağır sözü “hörmətli”, “qiymətli” anlamlarında indi də işlədilir (ona görə də “ayağına getmək” deyirik, “qoluna getmək” və s. demirik).
2. Ayağına yıxılmaq, aya feildir, “hörmət etmək” deməkdir. Ayaq “hörmət sahibi” anlamını əks etdirib. Ayağına yıxılmaq “qarşısındakını ulu hesab etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, “cığır” mənasında işlədilən sözdür. Tualetə də deyirlər. Kənd yerlərində tarixən tualet evdən bir qədər aralıda tikildiyindən ora yalnız ayaqla gedirlər. Söz də buradan yaranıb. Bu sözün əvəzinə, bəzən şahların piyada getdiyi yol ifadəsi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Danışmaq”, “çağırmaq”, “səsləmək”, “demək” mənalarını verən ay sözümüz olub. Ondan ayıtmaq, ayama (ayalğa, adalğa, ləəğa) kəlmələri əmələ gəlib. Ayama “ad qoymaq” (çağırmaq vasitəsi) deməkdir. İndi daha çox “ləqəb” anlamında işlədilir. Füzuli rayonunda indi də ay sözü “söylə, danış” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün ay hissəsi qabaqlar yalçuq kimi işlədilmiş göy cisminin (луна) adıdır. Az hissəsi isə ulduz, gündüz sözlərindəki -duz, -düz komponentləri ilə qohumdur; “işıq, od” mənalı söz olub, sonra şəkilçiyə çevrilib. Cız-bız, uşaq nitqindəki dızza (cız) sözləri də “işıq, od” anlamları ilə bağlıdır. Sözün etimoloji mənası “ay işığı” deməkdir. Radlov bu sözü rus dilinə “свет луны” kimi tərcümə edir. İndi buludsuz, açıq havalı soyuq günlərə “ayaz” deyirlər. Səbəbi isə odur ki, bulud olmayanda Ayın işığı aydın görünür. Aydın və ayaz sözləri kökdaş kəlmələrdir. “Aydın”dakı -dın hissəsi dan ulduzu birləşməsindəki dan sözünün şəkilçiləşmiş formasıdır. Başqa yozum da mümkündür: ayaz sözü bəyaz (ağ) sözünün dəyişmiş formasıdır. Bəyaz gecələr ifadəsi də bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz “xəstənin özünə gəlməsi, qismən sağalması, onalması” anlamlarında işlədilir. Güman ki, ayaz (açıq hava) sözündən ayazı feili (bərkimək modeli üzrə) əmələ gəlib, “rəngin açılması, sifətin normal vəziyyət alması, xəstənin işıqlanması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti