Dilimizdə al feili olub və “блогославлять” mənasında işlədilib. Alqış da həmin kök əsasında yaranıb. Buna uyğun olaraq qarğış kəlməsi də qayğı sözündəki qay feili ilə bağlıdır: “kədər, qayğı, yanğı, qəm arzulamaq”deməkdir. Adama qarğamaq onun qayğıya qərq olmasını arzulamaqdır. Demək, alqış “qarğış” qəlibi üzrə yaranıb, “yaxşılıq”, “yüksəklik” deməkdir. Al sözünün “yüksək” (ulu) mənası məlumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBoğazda yerləşir və alma sözü ilə bağlıdır. Guya Adəm ata cənnətdə alma yeyib və qaydanı pozduğu üçün onun bir hissəsi boğazında qalıb. Ona görə də bu cür adlanıb. Bizdə hulqum, xirtdək sözləri ilə ifadə olunur. Rus dilindən kalka yolu ilə keçib, çox az işlədilir. Qalxanabənzər vəzinin adına bu səbəbdən “almacıq” da deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAşıq poeziyasında bir-birinə oxşar olan al osman və al asiman sözləri işlədilir. Birincisi Türkiyə (Osman eli), ikincisi asiman (səma) sözü ilə bağlıdır. Türkiyə ilə bağlı Osman sözünün əvvəlində işlədilən al sözü el sözünün dəyişmiş formasıdır (el osman, yəni “osman eli”), ikincidəki al sözü isə ulu sözünün təhrifidir: “ulu səma, səmanın dərinlikləri, böyüklüyu”anlamında işlədilir. Al sözünün “nəsil” mənası da var Alosman “Osman nəsli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Dilimizdə yalğım (ilğım), altun (yaltun), ulduz (yalduz), alov (yalov) sözləri var və hamısı “od, işıq, istilik, parıltı”anlamını verən al (ul) etimonu zəminində əmələ gəlmiş kökdaş sözlərdir. Yalın, yalqız, yalquzaq sözlərində isə yal yuxarıdakılarla bağlı deyil, “lüt”anlamını verir. Alt, alçaq, aşağı sözləri də kökdaşdır və il (aşağı) etimonu ilə bağlıdır. Göründüyü kimi, al sözü dilimizdə üç müxtəlif mənaya malik olub.
2. Al layu (od rəngli, qırmızı təhər, közə oxşar) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTonqa qaraxanilərin ulu əcdadı olub, Turana şahlıq edib. Alp Ər isə onun epitetidir, “igid kişi” deməkdir (alp -“igid”, ər -“kişi”, Tonğa-adam adı). Məncə, Tonğa ismi donmaq feilindən törəyib, “qorxudan donduran, qurudan” (onu görən qorxusundan donub qalırmış) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Payızda bitən otu alsın (alısın) adlandırırıq. Sözün kökü olan al “hiylə”, “yalan” anlamlarını verir (aldatmaq sözü də buradandır). –sın şəkilçisi meyil mənalı sözlər düzəldir və -sa, -sə, -sun, -sın və s. formalarda işlədilir: susa(maq), – “suya meyl etmək”, “su istəmək” deməkdir. Gülümsün-“gülməyə meyl etmək”, “azca gülmək” deməkdir. Alsın – “hiyləyə, yalana meyil” deməkdir. Payızda bitən ot çox inkişaf etmir, tez məhv olur, yəni yalançı otdur, “yalana meyli olan ot” deməkdir. İkinci mülahizə də söyləmək olar: söz alçaq (aşağı) kəlməsi ilə kökdaşdır. Alçaq sözü alsın formasına düşüb, “çox hündürə qalxa bilməyən (alçaq) ot” mənasını verir.
2. “Payız otu” deməkdir. Ordubadda bunun yerinə, güzdək işlədilir. Bir sıra dialektlərdə güz – “quzu ağılı” (Salyan), “şumlanmış yer” (Sabirabad) mənasını əks etdirir. Biləsuvarda güzdək sözü “payız yurdu” mənasında işlədilir. (əsli: güzləkdir, müq. et: yaylaq). Görünür, al sözünün “payız” mənası da mövcud olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti