Mənbələrdə həvəs göstərmək, istəmək kimi açıqlanıb. Yerimək (bətndə dölün tərpənməsi) sözü ilə heç bir əlaqəsi yoxdur, çünki proses (həvəs) tərpənmədən çox-çox qabaq baş verir. Həvəs ərəb sözüdür, görünür, bizdə onun yerinə məhz yerik kəlməsi işlədilib. Güman edirəm ki, buradakı yerik sözü armaq sözü ilə bağlıdır, armaq indi və həvəs mənasını saxlayır: dialeklərdə armaqlanmaq “həvəs göstərmək”, “arzulamaq” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBərk-i-mək qəlibi üzrə yer kəlməsindən əmələ gəlib. Qədim mənası “yer dəyişmək” deməkdir. Yer mənasında oru (or) sözü, türkmənlərdə indi də işlədilir. Onlar müavin yerinə “oyunbasar” (yerini tutan) sözünü işlədirlər. Oru feili ruscaya “идти на место”, “входить” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri olmayan (dul) qadına da öksüz qadın deyiblər. Belə məlum olur ki, ök sözünün bir mənası bəsləyən demək olub. Mənbələrdə öksüz sözü ruscaya “круглая сирота” kimi tərcümə edilib. Deməli, söhbət təkcə ana (“ök”ün bir mənası “ana”dır) ilə məhdudlaşa bilməz. Ögey tarixən ana ilə bağlıdır, qabaq atası olmayana qansıq, anası olmayana isə ögey deyiblər. Ey sözü tərəf deməkdir (yada sal: gün-ey...). Öksüz sözü осиротеть, не идти в рост deməkdir (yüksəlməyən, böyüməyən). Ös (yada sal: əsrə, ərsə) sözü böyümək demək olub, görünür, ök kəlməsi “ös”lə bağlıdır və böyüdən deməkdir. Ögey “ana tərəfdən yetim” mənasını verib, indi isə ata tərəflə də bağlı işlədilir. Özbəklərdə öksüz “anasız” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMəclis kəlməsinin sinonimidir, yığmaq feili zəminində əmələ gəlib. Sözün əsli yığ-ın-aq kimi olub, -ın şəkilçisi “biçin” qəlibi üzrə isim düzəldib, -a şəkilçisi sözü yenidən feilə, -q şəkilçisi isə yenidən ismə çevrilib: Bu yığnağı sən bəzədin novcahan (M. Cümə). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araşdırılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub.Kökün son samiti (ğ) karlaşıb və yığmaqla “yıxmaq” qarışıq salınıb. İndi yığ və yıx tamam ayrı-ayrı mənalarda işlədilir. Yığmaq feilinin yıxmaq formasına düşməsi “üstümə yıxma” cümləsini frazeoloji vahidə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMaqazanik göstərirdi ki, Anadolu türklərində yılmaq feili var və qorxmaq sözünün sinonimidir. Yılmaz adı həmin feillə bağlıdır, mənası “qorxmaz” deməkdir (Almaz sözü ilə qarışdırılmamalıdır). Anadolu türkləri yılmaq, yıldır(qorxut), yılmaz (qorxu bilməyən) sözlərini işlədirlər. Deməli, Yılmaz “qorxmaz” deməkdir. M.Müşfiqin “Qafqaz” şeirində deyilir: “Ey cənub tərlanı, döyünsün ürəyin, Yılmadan havalan bu alı dağlara”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti