Yelmək feili olub, sürüşkən qəlibi üzrə də yelkən əmələ gəlib. Silah növü olan yay-oxda da yelək var. Oxun qanadıdır və onun uzaq məsafəyə uçmasını təmin edir. Antonimi çovar (əsli: ərəbcə “civar”dır) sözüdür. Yelək və lələk eyni söz olub, hər ikisi yel kəlməsi ilə bağlıdır. Yelmək (uzağa getmək) feilindən əmələ gəlib (indi yelmək müstəqil işlədilmir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə yelpi (обмаихваться), yelpiku (веер) sözləri var. Deməli, sözün törəmə kökü “yelpi”dir, həmin feildən yelpik ismi əmələ gəlib, ilk kökü isə yel sözüdür. Yel özü də tarixən feil olub (sürətlə getmək). Külək kəlməsinin sinonimi olan yel ismi də elə sürətinə görə bu cür adlanıb. Yelpik tarixən heç də yelləmək yox, hərəkət etdirmək anlamı ilə bağlıdır. Yelpitmək prosesi əlin hərəkəti ilə əmələ gəlir. Ehtimal ki, külək sözü ilə kül kəlməsi kökdaşdır, kül ismindən kül-ə-mək (külü, tozü sovurmaq) feili, ondan isə külək (külü, tozü sovuran) ismi yaranıb. Radlovun əsərində yelbi feili verilib. Ruscaya “веять” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Tarixən feili bağlama kimi formalaşıb, “qayıtmaq” mənasında yan feili qeydə alınıb. Yenə həmin sözlə bağlıdır.
2. “Bu məsələ üzərinə bir də qayıtmaq” mənasını verən söz olub (rus dilindəki опять (müqayisə et: вспять) sözü də назад deməkdir). Yenə kəlməsinin qədim mənası “təkrar” anlamına uyğun olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir. Göy (köy) “od”, “işıq”, “yanmaq” anlamı ilə bağlıdır. Günəş, Ay, ulduzlar, ildırım aləmi göydür, oddur, işıqdır. Yer isə “ayaqaltı”dır, üzərində hərəkət etdiyimiz məskəndir - ulu türk babalarımız başımızın üstünü göy, ayağımızın altını yer adlandırmaqda heç də səhv etməyiblər. Deməli, yer və yerimək eyni sözdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiVə bağlayıcısı ərəb mənşəlidir, bizdə onun yerinə ma(mə) bağlayıcısı olub. Az-maz (az-ma-az), darmadağın (dar-ma-dağın) sözlərində özünü saxlaya bilib. Birbəbir, yerbəyer, cürbəcür sözlərindəki bə hissəsi də həmin ma(mə) bağlayıcısının qalıqlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti