Dilçilər belə hesab edirlər ki, müasir dil baxımından yaylaq, qışlaq, otlaq sözlərinin şəkilçisi “-laq”dır. Əslində, tarixi baxımdan söz yay-la-maq, qış-la-maq kimi olub, sonra həmin feillərə -q şəkilçisi artırılıb. Deməli, burada iki (-la və -q) şəkilçi vardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars mənşəli dəsmal sözünün bizim dildəki qarşılığıdır. Mənbələrdə bu kəlmə yağlıq kimi əks etdirilib. Deməli, yayla yox, yağla bağlıdır (əlin, ağızın yağını silən vasitə). Dilimizdə yaylıq yerinə curamal (su silən) kəlməsi də işlədilib. Bəzi dillərdə yağ yerinə may, yaylıq əvəzinə isə maylıq işlədilir ki, bu da yuxarıdakı mülahizənin doğruluğuna dəlalət edir, heç fars sözü olan dəsmal (dəst və mal) sözünün özündə də “yay” (leto) əlaməti yoxdur. Bu sözün bir sinonimi də suvluq olub. Görünür, “suyu silən, qurulayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFəsil adı olan yaz və rəng bildirən yaşıl sözləri eyni kökə malikdir. Qaynaqlarda yazar sözü (göy-ər-mək qəlibi üzrə yaranıb) “göyərmək” anlamında acıqlanıb. Yaş bir sıra türk dillərində “cavan”, “gənc” mənasında da işlədilir (bahar təbiətin cavanlıq dövrüdür), çaş formasında da yazılır, yaş həm də “sulu” deməkdir. Yaz təbiətin yaşıllıq və sulu (yağışlı) dövrüdür, məhz “su” mənası ilə bağlıdır. Bahar isə fars mənşəlidir (ətraflı məlumat üçün bax: “Yaz sözünün mənşəyinə dair”; Novruz bayramına həsr olunmuş konfransın materialları, “Futuroloq” institutunun nəşri, 1997, s. 5-7). Yaşılvə yazıl sözləri bir vaxt sinonim kimi işlədilib, görünür, -ıl şəkilçisi sifətdən sifət düzəldib (müqayisə et: yaş və yaş+ıl). Tuva dilində ças (çaz) kimi işlədilir ki, bu da fəslin adının su anlamı ilə bağlı olduğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu tipli sözlər feili sifət düzəldən -dıq şəkilçisinin köməyi ilə əmələ gəlib. İndi biz -dığım4 şəkilçisini mürəkkəb hesab edir və böyük səhvə yol veririk. Yaz-dıq-lar-ım tipli sözlərdə cəm şəkilçisi mürəkkəb adlandırdığımız -dığım şəkilçisinin arasına necə girə bilər?! Deməli, feili sifət məhz -dıq4 vasitəsilə düzəlir, sadəcə olaraq, belə sözlər mənsubiyyət şəkilçisi ilə işlənilir. Bağdakılar sözundə bu, mümkün deyil (bağ-da-lar-kı formasını işlədə bilmirik). Müasir dilimizdə yazdıq kəlməsi müstəqil şəkildə feili sifət kimi işlədilmir, amma yazdıqdan sonra sözündə -dıq qədim mənasını hifz edə bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə azmaq (yazmaq) sözü var. El arasında azca səhvə yol verən adam “qıl yazdı” deyir (yəni qılın diametri qədər səhv edildi). Toyuq fallığını itirəndə yazıxıb deyirlər. Deməli, yazıxmaq səhvə yol verməkdir. Yazıq sözü də bununla bağlıdır: səhv etmış (günaha yol vermiş) adama yazıq deyiblər. İndi məna dəyişib, yazıq sözü “fağır”, “kimsəsiz” və s. anlamları əks etdirir. Anadolu türklərində yazıq sözünün qədim mənası indi də qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində yazı əvəzinə, cazı işlədilir. Cızmaq feili ilə bağlıdır. Azərbaycan dilində filankəsin üzünü ülgüclə yazıblar tipli cümlələr işlədilir. Buradakı yazmaq kəlməsi cızmaq sözünün dəyişmiş formasıdır. Yaz və cız fleksiya əlamətidir. Professor Dəmirçizadə yazırdı: “Aturbaktanların (Cənubi Azərbaycan) və Arranların (Şimali Azərbaycan) dillərinin çoxdan iltisaqilik məcrasına düşməsi...” Deməli, iltisaqilik bizdə həmişə olmayıb. Yazmaq sözü cızmaq sözündən törəmədir. Cizgi, cığır (əsli: izğır olub), cızmaq, yazmaq sözləri qohumdur. Ümumi rəy belədir ki, dillər amorfluqdan iltisaqiliyə, oradan da flektivliyə doğru inkişaf edir. Bu, həqiqətdirsə, türk dilləri hələlik inkişafın ikinci pilləsindədir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Səhv etmək” deməkdir. Ondan yazıq sifəti (səhv etmiş) əmələ gəlib. İndi məna dəyişib. Azmaq variantı da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Oxun qanadı”dır və onun uzağa getməsinə şərait yaradır. Xəstə Qasım yazırdı: Bir igidin dövlət-varı olmasa, yeləksiz ox kimi çovar (əsli: ciuvar) deyərlər. Yel feili “qaçmaq”, “sürətlə getmək”, deməkdir. Ondan əmələ gəlmiş yelək ismi də sürətlə bağlıdır. Yelkən də buna uyğun məna bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” deməkdir. Cibin - höyüş deməkdir. Çay (река) sözü də su ilə bağlıdır. Süd və su kökdaş sözlərdir. Bəzi dillərdə höyüş (bu, hetlərin sözüdür, mənası “yağış” deməkdir) sözü çiviş,cuuş kimi işlədilir. Yumaq (мыть) sözü cumaq kimi yazılır və deyilir. Əl silmək üçün olan dəsmal kəlməsi curamal (su malı, suyu silən) kimi verilib, çuxur (su yağılan yer),çürdək, çala(çayda adacıq), çay (su yolu), çiləmək, çisələmək, çəllək (su qabı), çuvar, çağış (yağış) sözlərinin hamısı etimoloji baxımdan su anlamı ilə bağlıdır. Deməli, yelin sözü celin, o isə süd (su) qabı, kisəsi kimi anlaşılmalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti