Hədələmək kəlməsinin sinonimidir, yanmaq sözü ilə kökdaşdır. Yanımaq (qisas almaq) elə “yandırmaqla” hədələmək deməkdir. Buna yaxın olan qınamaq sözü də var, qın (xəncər qını) sözündən düzəlmiş feildir, qədim mənası “darasalmaq” deməkdir. İndi başqa anlamda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mənası var:
1. Keçi qılından düzəldilmiş keşə.
2. Qolsuz üst paltarı. Söz yapışdırmaq kəlməsi ilə kökdaşdır: keçəni, tükü (qılı, yunu) yapışdırmaqla düzəldirlər, yanıncı da keçədən olur. Deməli, materialın (keçənin) adı ilə bu cür adlandırılıb. Belə hal çoxdur: kürk -“dəri” deməkdir, amma onu biz paltar kimi qəbul edirik və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYansıla (indi yamsıla kimi işlədilir) sözü təqlid etmək, yanza – oxşamaq, yanlıq – bənzərlik mənalarında müxtəlif türk dillərində özünü göstərir. Qarayanız tipli sözlərdə də yanız “oxşarlıq” bildirir: qaraya oxşar (çalar) deməkdir, amma bu oxşarlıq yalnız bənizlə bağlı olur. Deməli, bəniz və yanız qohum kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdıə həmin mənanı verək köymək feili olub və yanmaq onun dəyişmiş, təhrif edilmiş formasıdır. Güman edirəm ki, ruslarda olan гореть sözü də həmin köymək feili ilə qohumdur (müqayisə et: qor (bizdə), qarı-zapax qoreloqo (ruslarda). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bir mənası “qayıtmaq” deməkdir, yenə kəlməsi ilə kökdaşdır (yenə sözünün mənasında təkrarənqayıtmaq anlamı hiss olunur). “Ağzım ondan yanıb” deyirik. Bu, odla bağlı deyil, qayıtmaq mənası ilə bağlıdır. Yanıq vermək ifadəsi də buradandır: cavabını qaytarmaq (əvəz çıxmaq) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEradan min il bundan əvvəl Romada yaşamış bir dəmirçinin adı ilə bağlıdır: qapı üçün qıfıl düzəldirmiş, ölümündən sonra onu Allah səviyyəsinə qaldırıb və “qapı” mənasında yozublar. Yanvar iki ilin qapısı, (yeni ilə açılan qapı) kimi başa düşülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYap sözünün çox mənaları olub: rusca покрывать, закрывать, приклеивать və s. Keçə yerinə yaptaq işlədilib (keçə yunun, qılın yapışmasından alınır), yapıncı da bununla bağlıdır. Deməli, yapışqan (buna bəzi dillərdə tutqal deyirlər) sözü yan feili zəmində törəyib, -ış şəkilçisi feilin qarşılıq növünü bildirir, -qan isə sifət düzəldib, sonra həmin söz isimləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYarmaq feili ilə qohumdur. Yarmaq həm parçalamaq, həm də rusca “разбить” mənalarında qeydə alınıb. Əgər başı daş yarırsa, demək yara zərbənin nəticəsi meydana cıxır. Bədənə çıxan (zərbəsiz) yara da dərini deşib (yarıb) üzə çıxır. Yarıq sözü də yarmaq feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXalq etimologiyasına bu məməli heyvanın adını yara salan kimi izah edirlər: guya bədənə yapışır, qanı sorur və yara salır. Elmi ədəbiyyatda isə onu toxar dilinə mənsub söz hesab edirlər (toxarlar Orta Asiyada, Tibet ətrafında yaşayan tayfa olub). Onlarda bu söz arsakarsa kimi işlədilib. Karsa “siçan”, “siçovul”, arsa isə “uçan” deməkdir. Belə güman var ki, yarasa həmin arsakarsa kəlməsinin dəyişmiş qohumudur. Və rus dilindəki krısa sözü də yarasa sözü ilə qohumdur, arsakarsa sözünün təhrifi nəticəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə yar, yaru (светиться) feili, yaruq (свет), yarun (заря, işıqlandırma) sözləri mövcuddur. “Yaraşıqlı gözəl, bəzəkli” deməkdir, “işıqlı”, “parlaq” anlamı ilə bağlıdır. Yar felindən qoruq qəlibi üzrə yarıq (işıq), sərin qəlibi üzrə yarın sözləri yaranıb. Zənn etmək olar ki, yaraşıq sözünün kökü yar feilidir, bu söz isə “işıqlı, parlaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti