Atın yalı (yalmanı) ifadəsini işlədirik. Burada yal “tük”, “qıl” mənasında işlədilib. Mənbələrdə rusca “седой” mənasını verən ağyal sözü var. Yalman kəlməsi “qıl” (yal) çoxluğu deməkdir. Belə məlum olur ki, yal sözü qıl sözünün dəyişmiş formasıdır, yalman isə “qıl çoxluğu”dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYal it yemidir, it üçün yem qabına isə yalaq deyilir. Bu, əvvəllər ağacdan hazırlanmırdı, yaylaqda sadəcə olaraq yerdə çökəklik düzəldir və yemi orada verirdilər. Bəs -aq nə şəkilçisidir? Sözün əsli yal+la+q olub, mənası “yal yeri” (qabı) deməkdir. Sözün bir mənası da “şərab içmək üçün buynuzdan piyalə” demək olub. Sonra məna dəyişib və itin yal içdiyi qaba da yalaq deyilib. Yalaq və dil sözlərinin qohumluğunu da məqbul saymaq olar (yalamaq dillə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Bu söz al (hiylə) kəlməsi ilə qohumdur, mənbələrdə alğan şəklində də yazılıb. Aldadılmaq sözünün sinonimi alduz kəlməsi olub.
2. Yalam, yalğan, yalamaaq kimi sözlər göstərir ki, törəmə kök yala morfemidir. Yala (aldatmaq), yalan (ложъ) kəlmələri ilə yal (yem), yalaq (çuxur), yalamaq sözləri, güman ki, eyni ola bilməz, bunlar omonimlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yalçın qayalar deyirik. Sözün kökü yal (lüt, çılpaq, olmayan) kəlməsidir, belə qayalar çılpaq və sıldırımlı olur.
2. Əsli al (hündür) kəlməsi ilə bağlıdır. Mənası “çox hündür” və “çin-çin yığılmış olan”deməkdir. İndi söz sıldırım (sürüşkən deməkdir) kəlməsinin sinonimi kimi işlədilir (məs.: yalçın qayalar). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yalım forması da olub. “Отвесной”, “крутой” mənasını əks etdirib. Yal burada “lüt” (sürüşkən, şumal, hamar) deməkdir. Yalçın sözü ilə qohumdur.
2. Yalan sözü ilə kökdaşdır, mənası olmayan deməkdir. Əliyalın - əlində silahı olmayana deyirik. Qaqauzlarda yalanayaq sözü ruscaya босиком kimi tərcümə olunub. Onlarda yannış (bizdə yanlış) “səhv” deməkdir, yansıla (bizdə: yamsıla) “orijinal olmayan” deməkdir. Deməli, yalın, yalan, yanlış, yamsıla sözləri kökdaş olub. Anadolu türkləri paltarsız(lüt) adama yalıncaq (M.Kaşğaridə bu söz yalıntaq kimi verilib) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAstarı (altlığı) olmayan, təkqat deməkdir. Yalın sözü tək, lüt mənasında çox işlədilib və işlədilir. Görünür, yalnız, yalqız, yalquzaq sözləri ilə yalınqat (təhrif olunaraq yalınqat kimi də işlədilir) sözündəki yalın hissəsi eyni sözdən törəmişdir, tək mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSöz el arasında həm də yalınçaq, yalınsaq kimi işlədilir. Doğru variantı “yal-ın-sa-q” dır, yalınlığa meyil etməyi bildirir. (Dik-si-n-mək sözündəki -si şəkilçisi də meyil bildirir). Ayaqqabını corabsız geyməklə bağlı işlədilir. Yalın “lüt” deməkdir. Güman edirəm ki, sözün əsli yalınqat (bəlkə də, yalıntay) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBioloq-alim Q.Mustafayev yazır: Kürək zamanı erkək canavarlar (eləcə də dəvələr, turlar...) arasında döyüş başlayır (nər döyüşü də buradandır). Qalib, sürüdə ər olmaq hüququ qazanır, məğlub isə küsərək tək halda başqa sürüyə üz tutur. Hirsli olduğundan yolda-izdə əlinə keçəni parçalayır. Sözün kökü “yal”dır (yalnız, yalqız sözlərinin yada salın), mənası tək (bir) deməkdir, -nız (-qız, -quz) şəkilçisi sifətin çoxaltma dərəcəsini əmələ gətirib (yalqız, yəni təkcə). Həmin sözdən yalqız-a-maq feili (indi işlədilmir), ondan isə yal-qız-a-q (yalquzaq) ismi törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti