Yolmaq, yonmaq kəlmələri ilə kökdaşdır. Rus dilindəki руно sözü də рвать kəlməsi ilə qohumdur. Yun (tük, qıl və s.) yonulmalı olan şeydir, ona görə də yonmaq (yolmaq) kəlməsi ilə bağlıdır. Başqa yozum belədir: yun və yanmaq sözləri kökdaşdır. Yanmaq kəlməsi köy (göy) ad-feil omonimdən törəyib. Bu baxımdan yun sözü də köy (od, isti, yanmaq) sözü ilə qohum ola bilər. Yunun istilik törətməsi də bu mülahizəyə müəyyən əsas verir. Yün kimi də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, naqqa balığının (balinanın, yəni kit adlanan su heyvanının bir növü olan delfinin) qədim adıdır. Əfsanəyə görə, həmin balıq Yunisi (yəhudi peyğəmbərlərindən olub) udmuş, sonra diri halda geri qaytarmışdır. Ona görə də yunisbalığı adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə güman edirəm ki, yer kəlməsi ilə qohumdur, “yaşayışyeri” deməkdir. Sondakı samit nədir? - sualı qaranlıq qaldığından şərh mübahisəlidir. Bəlkə də, sözün əsli yerot (oturmaq yeri, lövbər salınan yer) kimi olub və sonradan sadələşərək yurt şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaynaqlarda yuvmaq feili var və ruscaya кружить, вертеть, катить kimi tərcümə olunub. Quşun yuvası da dəyirmi olur. Deməli, yuva “dəyirmi olan” deməkdir. Sözün törəmələrinə nümunə olaraq yuvarlaq, yumru, yumurta və s. kəlmələri göstərmək olar. Uyı kimi də qeydə alınıb, uyumaq isə “yatmaq” deməkdir. Görünür, yuva “yatmaq yeri” kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü “yük”dür (yoq kəlməsinin dəyişmiş formasıdır), -sə şəkilçisi ondan yüksəmək feilini əmələ gətirib. - k şəkilçisi isə feildən sifət düzəldib. Qədim kök “ağ” feilidir, o, ağuş (yoxuş) şəklinə düşüb və ağ sözü yoq (yox) kimi sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti