Dovşan sözü ilə qohumdur. Dovşan dişlərini bərkitmək üçün yovşanla da qidalanır. Dovşan ən çox yovşan olan yerdə yaşayır (rəngləri uyğun olduğundan yaxşı maskalana bilir). Dovşan elə yovşanyeyən deməkdir. M.Fasmer yemişan və yovşan sözünü qohum hesab edir. Yemiş qədimdə bütün yeməli meyvələrin adı olub (indi yemiş sözündə qalır). Belə görünür ki, yovşan “dovşan yemi” deməkdir və yemişan sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “развязать” anlamını verən yaz, yoz, çöz (hamısı eyni sözdür) sözləri olub, çiçək açıldı yerinə “çiçək yazıldı” deyiblər. Yozmaq bəzi dialektlərdə yormaq kimi də işlədilir. Sözün əsl mənası “açmaq” deməkdir. Açması səndən yerinə, yozması səndən də işlədirik. Deməli, yor, yoz, yaz kəlmələri eyni sözün müxtəlif formaları olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYön sözü mənbələrdə “üsul” anlamında işlədilib. Yöndəm isə “üsullu”, “qolaylıq”, “səliqə” deməkdir. Yöndəmsiz sözü “səmtsiz”, “uyğun olmayan” mənasını verir. -dəm şəkilçisi -lı4 şəkilçisnə uyğun gəlir: yöndəm - “yönlü” deməkdir, dildəm - “dilavər” deməkdir və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYuvxa kimi də işlədilib, qalın kəlməsinin antonomidir (yastı sözü ilə qohumdur), nazik isə yoğun sözünün antonimidir. Qalın və yuxa diametrlə yox, təbəqə, lay anlayışları ilə bağlıdır. Qalın sözü qalamaq (üst-üstə yığmaq) feilindən törəyib (sərin sözünün qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu feil mənbələrdə cumaq kimi verilib. Cu isə “su” deməkdir. Deməli, yumaq sözü su ilə bağlıdır. Eləcə də cummaq (özünü suya atmaq), çamır (suyu çox olan palçıq) və s. su anlamı ilə əlaqədardır. Yumaq (cumaq) “suya salmaq”, su ilə “təmizləmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu əşya zahiri formasına görə belə adlanıb: “yumru olan” deməkdir. Əsli yumurğa kimi olub. Qovurğa qəlibi üzrə yaranıb.Yumru,yumruq, yumaq (ip) sözləri kökdaşdır. Yumurta formasında olan şeylərə rus dilimdə “овальный” deyirlər. Bu baxımdan yumurta, yumru kimi sözlərin kökdaş olması barədə fikir söyləmək olar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti