Qədimdə ağacın kiçik budaqlarına (dingələrə), iki dişi olan haça şeylərin hamısınayaba deyiblər. Oxun ucluğu haça olanda ona da yaba adı verilib. Sonra yabanın dişləri çoxalıb, amma adı qalıb. Deməli, yaba sözünün qədim mənası “iki dişə malik olan” deməkdir. İndi Anadolu türkləri dəmir yaba yerinə karakol (qaraqol) işlədirlər. Burada “qara” dəmir, “qol” isə sap mənasında başa düşülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNəvədən sonra nəticə gəlir, üçüncü uşaq kötücə, dördüncü nəbibə, beşinci nədidə, altıncı yadıca, yeddinci isə tullantı adlanır. Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), yadıca (yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni 7 arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə omonim olan iki yad sözü var: “память” və “чужой”. Birinci söz (yaddaş) fars mənşəlidir, ikinci öz sözümüzdür və yadırğamaq kəlməsi onda düzəlib (“отвыкать” mənasında işlədilir). Əsirgəmək sözünün sinonimi kimi işlədilmiş az-ırğa-maq feili ilə yadırğamaq sözü eyni qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYanmaq, yaxmaq (“yandım-yaxıldım” deyirik) sözü ilə bağlıdır. Yanacaq (yana bilən) anlamında işlədilib. Qabaqlar yağ neft yerinə də işlədilib. Neft əvəzinə, mənbələrdə qara yağ ifadəsi verilib. Deməli, yağ sözü yax (yanmaq) kəlməsi ilə eyni olub, həm də ad-feil omonimi kimi işlədilib. Sonra axırıncı samit dəyişib və omonimlik aradan qalxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvanın belinə yağır deyiblər. Sonra beldə yəhərin sürtüb açdığı yara da yağır adlanıb. Güman ki, yağır və sağrı sözləri tarixi baxımdan eyni söz olub. Yağır dərinin sürtülməsi nəticəsində əmələ gələn yaraya deyilir. İkinci yozum da mümkündür: bir sıra türk dillərində yağır sözü caur kimi işlədilir. Caur isə “su” (maye) anlamı ilə bağlıdır. Əgər belədirsə, onda caur yaradan süzülən maye kimi də başa düşülə bilər. Başqa yozum da ola bilər:
1. Söz yarağ kimi olub (atın bel yarası), sonra səslərin yerdəyişməsi nəticəsində yağır formasını kəsb edib.
2. Söz yarıq kimi olub (yarılmaq feili ilə bağlıdır) və forma dəyişmələrinə məruz qalıb. Mübahisəlidir. Mənbələrdə gəriş (xolka) sözü də var: heyvanın boynu ilə belin ön hissəsini birləşdirən yerə deyilir. Deyim də olub: “gəriş yağırı oğula qalar” (не заживает). Yağır olmuş ata “gərişəgü at” deyiblər.Yaqrını sözü “sağrı” anlamında da qeydə alınıb. Özbək dilində yağır və bel sözləri sinonim kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQar, dolu və s. yağır, güllə də yağır... Yağmaq “yuxarıdan aşağı enmək” deməkdir. Söz ağmaq feili ilə bağlı əmələ gəlib, “yuxarıdan enmək” deməkdir. Yağmur həm qar, həm də yağışı əhatə edən sözdür (yağışdan çıxdıq, yağmura düşdük deyirik), yağış isə “su” anlamı ilə bağlıdır və mənbələrdə çağuş, çağış kimi də verilib. Deməli, yağmur (yuxarıdan aşağı gələn) və yağış (su) müxtəlif sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli yayxala kimi olub. Yaq (yax) kəlməsi tərəf anlamını əks etdirib. Yaxala (yayxala) sözü ovlaxa qəlibi üzrə əmələ gəlib, mənası “suyu zərbə ilə yan tərəflərə, divarlara çırpmaq, vurmaq” deməkdir. Ehtimal ki, çalxa (çalxala) sözü ilə yaxala sözü eyni kökdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Oğrunu cinayət başında yaxalayırlar. Bu söz yaxa kəlməsi ilə bağlıdır, “yaxasından tutmaq, yapışmaq” deməkdir. Qılçalamaq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim kökü yaq feilidir, mənbələrdə “подходить” mənasında açıqlanıb. Yaxşı “подходящий” demək olub və feildən düzəlmiş sifətdir. -şı şəkilçisi həm də feillərdən adlar düzəltməyə xidmət edib. Mənbələrdə yakış (подходит), yakışık (красота) sözləri var. Görünür, yaxşı kəlməsi onların dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti