Gündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir. Ulduz sözü sinonimlər birləşməsidir: ul (alov, ildırım...) və duz (işıq) sözlərindən əmələ gəlib. Ulduz kəlməsi mənbələrdə ruscaya “блеск” kimi tərcümə olunub, parlaqlıqla bağlıdır. İldırım, alov, ulduz kimi sözlərdəki il, al hissəsi eyni kəlmədir, bir qədər dəyişikliyə məruz qalıb. Gündüz sözü də sinonimlər birləşməsidir: Gün (əsli: küy) “od” deməkdir, duz “parıltı”, “işıq” anlamını əks etdirir. Türkmən dilində yıldırmaq feili var və “сверкать” anlamında işlədilir. Deməli, “ulduz”dakı duz hissəsi -dır4 şəkilçisinin dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiV.V.Velyaminov-Zernov yazır ki, “возвышаться” mənasını verən ul feili mövcud olub.-u şəkilçisi ul feilindən ulu sifətini əmələ gətirib. Ehtimal etmək olar ki, ərəb mənşəli hesab etdiyimiz ali sözü də buradandır. Ala qapı birləşməsindəki ala kəlməsinin də mənası böyük deməkdir (yəni ulu sözü ilə qohumdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtimal etmək olar ki, ulus və el sözləri kökdaşdır. Bunların məna və forma yaxınlığı aydınca hiss olunur. Fərq ondan ibarətdir ki, ulus tarixən daha çox “kənd” mənasında işlədilib, el isə “tayfa” mənasında. İndi məna bir qədər dəyişib (eloğlu dedikdə rayon və s. nəzərdə tutulur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün kökü ummaq feili ilə bağlıdır, -sun şəkilçisi arzu, meyil bildirir (um feilindən umu ismi (umu-küsü deyirik), ondan isə umusun feili əmələ gəlib), “umduğunu əldə edə bilməmək” deməkdir. Bu zaman adam xəstələnə də bilir, onda şiş əmələ gəlir. Z.Freyd bunun psixoloji köklərini şərh edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYumşaq (əsli: uvşaq), uşaq, ufaq, ovmaq, üyütmək (измельчать), un sözlərinin hamısı kiçik, xırdalamaq mənaları ətrafında birləşir və tarixin qədim dövrlərində eyni kökdən törəyiblər. Un –“xırdalanmış”, “əzilmiş”, “yumşaldılmış” deməkdir, “üyüdülmüş”dür. Unnuca (əsli: unluca) adlı pencər də var (üstü unlu, tozlu olduğundan belə adlanıb). Xırda doğra yerinə uşaq doğra deyilən vaxtlar olub. Maraqlıdır ki, başqa dillərdə də un anlamını bildirən söz xırdalamaq mənası ilə bağlıdır (müqayisə et: мука və мягкий; bunlar kökdaş sözlərdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə unamaq feili “bilmək” mənasında açıqlanıb (indi də dialektlərdə bu mənada işlədilir); unumaq (indi müstəqil işlədilmir) feili isə “bildiyini itirmək” kimi şərh edilib. Unutmaq həmin unumaq təsirsiz feilindən -t şəkilçisi (unut) vasitəsilə düzəldilmiş təsirli feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Məhsul toplandıqdan sonra yerdə qalan xırda-xuruş şeylərə ura deyilir. Uralamaq –“irili-xırdalı bütün bostan məhsullarını toplamaq” deməkdir. Ura sözü, ehtimal ki, biçmək, yığmaq, toplamaq mənasını verən or kəlməsi ilə bağlıdır, biçindən sonra qalanlar deməkdir. Biçilmiş taxılın yerindən çıxan xəsilə (taxıla) xora deyirlər. Güman ki, bu, ura sözünün təhrifidir.
2. Səs anlamında işlədilmiş ur kəlməsi ilə bağlıdır. M.Kaşğarinin “Lüğət”ində “ulşıp erən börləyü, Yirtin yaqa urlayu” cümləsinin müasir anlamı belədir: “Ərlər qurd kimi ulayır, yaxalarını cırır və qışqırırdılar”. Buradakı son söz (urlayu) ura sözü ilə əlaqədardır. Mənbələrdə urla sözü qışqır mənasında açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFeildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), uşaq sözü isə мелький mənasında işlədilir. Ufaq formasında da (ufaqdır uşağım...) rast gəlinir. Deməli, söz ovmaq (xırdalamaq) feilinin inkişafı sayəsində uşaq şəklinə gəlib çıxmışdır. Üyütmək feili də həmin sözlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən...) deməkdir (Rus dilindəki “скромный” sözü də “рамка” kəlməsi ilə qohumdur). Başqa yozum: söz utanmaq formasında da qeydə alınıb, kökü uy (стыд) ismidir. Həmin isimdən uyluq (eyibli yer, cinsi orqan) sözü də əmələ gəlib (indi işlədilmir). Görünür, uy ismindən uya feili yaranıb, onun da zəminində uyatan (uytan, utan) sözləri meydana çıxıb. Deməli, utanmaq və yuva tarixən qohum sözlərdir, utanan adamların üzünü örtməsi (gizlətməsi) indi də özünü göstərir.
2. Mənbələrdə ud sözü abır-həya kimi açıqlanıb. Deyim də var: Abırlının udu çatladı, abırsızın ödü. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti