Aşıq Dilqəmin bir şeirində deyilir: Belin nazik, qəddin suca, uzun gül... Suca ilanın qəddi-qamət baxımından çox gözəl olan növünə aiddir. Suda yaşayır. Bir qrupu qara (zəhərsiz), digər qrupu isə qonur rəngində (zəhərli) olur. Suca ilanı ifadəsinin birinci kəlməsi, əslində, sucaq kimi olub, hərfi mənası “sürüşkən” (şumal, hamar) deməkdir və sucaq özü də sürüşkən (el arasında sürçək kimi də işlədilir) kəlməsi ilə qohumdur. Nadir hallarda qız adı kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir mənası, ümumiyyətlə, “bağırsaq”, ikinci mənası isə “içi dolu bağırsaq” deməkdir. İshal olan adamlara sucuqlayan deyiblər (“bağırsağı boşaltmaq” mənasını verir). İfrazat (nəcisat) anlamı ilə bağlı kəlmə də bununla əlaqədardır. Qədim mənası su ilə bağlıdır (müqayisə et: sucuq, suyuq və cuyuq). Sözün sirop mənası da olub. Sucuq kəlməsinin kökü feil olub (sucmaq), -uq şəkilçisi onu ismə çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə sui-qəsd, sui-istifadə kimi kəlmələr var. Sui sözünün mənası ərəbcə “pis”, “zərərli” deməkdir. Sui-istifadə -“pis niyyət üçün istifadə”dir, sui-qəsd “pis məqsədə (qəsd və məqsəd sözləri ərəbcə kökdaşdır) hərəkət etmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə surqaç və sürgəc kimi verilib və belə şərh olunub: “soyuq silahların dəstəyinə sürtülən qatran”. Qatranın dəstəyə sürtülməsi əlamətinə və sözün kökünün sür (sur) olmasına əsaslanaraq, ehtimal etmək olar ki, indiki surğuc kəlməsi məhz sürtmək feili zəminində əmələ gəlmişdir. Radlov sözü rus, M.Fasmer isə türk mənşəli hesab edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSuv (indiki su) ismindən yaş-a-maq qəlibi üzrə suv-a-maq feili əmələ gəlib, qədimdə iki mənada işlədilib:
1. Орошать.
2. Обмазывать. Sözün su ilə bağlı olması onunla əlaqədardır ki, suvaq vasitəsi (yəni palçıq) sulu olur, çox qatı olmur. İndi suva feili “орошать” mənasını itirib, yalnız “обмазывать” anlamını əks etdirir. Həmin feildən isə sınaq, döşək, daraq qəlibi üzrə suvaq ismi meydana gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzən bu kəlmənin mənşəyini su və vermək sözləri ilə əlaqələndirməyə üstünlük veririk, amma mənbələrdə söz suvğar kimi qeydə alınıb. -ğar şəkilçisi adlardan feil düzəldib (indi qabğar kəlməsində qalır): közğər (göstər), çinğar (həqiqət axtarıb tapmaq), qutğar (xilas etmək), otqar(otarmaq) və s. Deməli, suvarmaq kəlməsi suvğar sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti