Bir ehtimala görə, kökü (sim) farscadır. İltihabla bağlı mikrobun qana keçməsini bildirir. Lakin qarşıya sual çıxır: Sim sözü fars dilində “gümüş” və “tel” mənasında işlədilir. Bunun yaranın iltihabı, mikrobun qana keçməsi ilə nə əlaqəsi ola bilər? Bir neçə mülahizə:
1. Dəmrov dəmirlə bağlı olduğu kimi, simləmə də gümüşlə bağlı ola bilər (simləmiş yara gümüş rəngdə olur).
2. Söz farsca deyil, türkcədir. Anadolu türklərində sincə sözü var, mənası “daxilə keçən” deməkdir. Güman ki, sözün əsli simləmə deyil, sincələmədir və sonradan simləmə şəklinə düşüb. Sim sözünün bir mənası da “irin” deməkdir. Yaranın simləməsi onun çirk eləməsi ilə bağlıdır. Bu daha inandırıcı variantdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQuş adıdır, fars mənşəlidir. Murğ (morğ) farsca quş deməkdir. Onlar yarasaya şirmorğ (südü olan quş, yəni məməli heyvan) deyirlər. Dəvəquşu isə şotormorğ adlanır. Mənbələrdə simurğ yerinə semirgük, semirkük formaları verilib. Semar (semiz) “жирный” deməkdir. Bəlkə, yağlı (piyli ) quş anlamı ilə bağlıdır? Belə bir ehtimal var ki, simurğ (adam adı olduqda Seymur kimi də işlədilir) “otuz quş” deməkdir. Otuz quş ifadəsi bu əfsanəvi heyvanın böyüklüyünə işarədir: sanki otuz quş qatarlaşıb bir yerdə uçur. Güman etmək olar ki, si (otuz) haçansa son ədəd olub və qeyri-müəyyən çoxluq bildirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYəhərin geri sürüşməməsi üçün aşağıdan tapqıra, yuxarıdan qaltağa (bu hissə haça olur) bağlanan qayışa deyirlər. Fars sözüdür. Bizdə ona döşlük və könüldürük (boyunduruq qəlibi üzrə) deyilib. Qayışın döşdən keçməsi ilə əlaqədar belə adlanıb. Döş zənciri ifadəsi də var: furqonda bir ucu ulamaya (дышло), digər ucu boyunduruğa (хамут) bağlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Çinşünas” mənasında sinoloq sözü işlədilir. Apelsin sözü “Çin alması” deməkdir, yəni çin əvəzinə, sin sözünün işlədilmə halları var. Güman edirəm ki, sinov getmək elə “Çinə getmək” deməkdir, yəni bir şeyi çox arzuladıqda onun ardınca uzaq yerlərə (hətta Çinə) belə getməyə hazır olmaq əlaməti kimi işlədilir. Sin sözünün bir mənası da “komponent” deməkdir. Sinov getmək sanki orqanizmin hansı üzvünüsə itirmək və arzulamaq kimi də yozula bilər. Birinci yozum daha etibarlıdır, çünki tərkibində getmək sözü var. Peyğəmbərimiz deyib: “Elm dalınca Çinə də getmək olar”. Deməli, Çinə getmək məhz “uzağa getmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti