Əsli ağzamaq olub. Ağ “yuxarı, yuxarı qalxmaq” mənalarında işlədilib (yüksək, yoxuş sözləri də ağ zəminində yaranıb), təhrif nəticəsində qovzamaq şəklinə düşüb. Qalxmaq sözü də ehtimal ki, ağmaq əsasında əmələ gəlib, çünki qaldırmaq kəlməsinin yerinə mənbələrdə ağdırmaq sözünə rast olmuşam. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQovrulmuş və kirkirədə (əl dəyirmanında) çəkilmiş buğdaya şəkər, yağ və s. qatmaqla hazırlanan yemək növüdür. Qovurmaq kəlməsi ilə qohumdur. Qor, kül, kömür tipli sözlər köy (yanmaq, od) sözü zəminində əmələ gəlib. Ehtimal ki, rus dilindəki гореть, горе sözləri də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Kisə”, “qab” anlamını əks etdirir. Heyvan doğanda onun ilk südünü (ağuz) qovuq (kisə) içinə, yəni ətənəyə doldurub qorda pendirə oxşar yemək hazırlayırlar. Qovuq elə “kisə”, “ətənə” deməkdir. Qoymaq feili ilə qohumdur: “içinə nəsə qoyulan”, yəni “qab, kisə” və s. deməkdir. Sidik kisəsinə, ətənəyə də qovuq deyilən vaxtlar olub. Güman edirəm ki, qabıq (yəni qab) sözü ilə qohumdur. Dialektlərdə qoux kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQovurmaq feili ilə qohumdur, kökü qovdur, “yandırmaq” anlamı ilə bağlıdır (əsli köy kimi olub), -ur təsirli feil düzəldir. Qovurğa ilə qohumdur, lakin çox incə fərqləri var. İkinci sözə nisbətən birincidə feillik əlaməti cüzi də olsa özünü biruzə verir. Qovurğa ən çox dənlə (buğda və s.) bağlı işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKök gün (isti, yanmaq) kəlməsi ilə bağlıdır. Sər-in qəlibi üzrə qoy-un kəlməsi əmələ gəlib. Qoyunlar rənginə görə qumral, əbrəş, bəröyüm, qara, boz, gərçal, quyruğunun müxtəlifliyinə görə bozaq, bımıq, balbas (balvaz), mazıq, dönmə, merinos növlərinə bölünürlər. Bu heyvanın adına “man” da deyiblər. Həmin məna manqışlaq (qoyun qışlağı) sözündə özünü hifz edə bilib. Sözün qoy variantı da olub. -un sonradan artırılıb. Köy (isti) sözü ilə qohumdur. Qoyun iti – sürünü qoruduğu üçün belə adlanıb, rusca волкодав adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə qoy sözü var və ruscaya “пазуха” kimi tərcümə edilib. Qoyqaş kəlməsi də var: “bir-birinin qoynunda (qucağında) yatmaq” anlamında işlədilib. Zənn edirəm ki, qoyun sözü sərin sözünün qəlibi üzrə əmələ gəlib. Qoy sözünün qədim mənası “isti” deməkdir. “Od” anlamını verən göy(köy) sözü zəminində yaranıb. Qoyun (баран) və qoyun (пазуха) eyni kökdən düzəlib (qoyunun dərisi, yunu isti olduğu üçün belə adlanıb). Qucaq (əsli: qoycaq) sözünün bəzən qol sözü ilə əlaqələndirirlər. Əslində, bu da qoy (qoyun, пазуха) kəlməsi ilə bağlıdır. Qulac isə doğrudan da, qolla bağlıdır: qol və aç sözlərindən əmələ gəlib. Qoltuq da qolla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli kokos kimidir, alınma sözdür, “hind qozu” deməkdir. Göy qozun üstündəki qabığa “gəzəl (gəz)” deyirlər. Gəzəl mənbələrdə “qabıq” kimi açıqlanıb, amma hər qabığa gəzəl demirik. Görünür, gəz (gəzəl) və qoz eyni kökə malik olub. Bizdə qoz yerinə yağaq kəlməsi işlədilib, görünür, “yağlı” demək olub. Ceviz və fındıq sözləri də alınmadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə kayza feili var, “qabığı təmizləmək” mənasında işlədilir. Kayzırıq sözü var və ruscaya “скорлупа” kimi tərcümə olunub. Qoza “qabıq”dır, amma hər qabığa “qoza” deyilmir. Bu söz barama qozası, pambıq qozası ifadələrində işlədilir. Görünür, qoz və gəzəl sözləri ilə qohumluğu var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti