Qıs (maq) kəlməsi ilə bağlıdır. Qısmaq, sıxmaq kəlmələri eyni söz olub, səslərin yerdəyişməsi nəticəsində iki müxtəlif sözə çevrilib. İndi mənaları tam eyniyyət təşkil etmir. İkinci yozum da mümkündür: qızırğan kəlməsi azırğan (əsli: azğırğan) sözünün dəyişmiş formasıdır. Azğır, qışqır, hayqır sözləri eyni qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün birinci hissəsi millidir, -mar isə qədim hind (eyni mənada yunan dilində də var) sözüdür, mənası “isti, yandıran” deməkdir. Deməli, qızmar kəlməsi sinonimlər birləşməsidir. Rus dilindəki марить məsdəri də buradandır. Ehtimal ki, Elmar sözü də “elin günəşi”, “eli isidən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti