M.Fasmer bu sözü pulla bağlayır; газета adlanan Venesiya sikkəsi olub və qəzeti həmin sikkəyə satıblar. Söz də buradan yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qədim zamanlarda insanlar “xəbər”in nə olduğunu bilmirdilər. Vaxtaşırı kiminsə yolu təsadüfən şəhərə düşürdüsə, qayıdanda ətrafda nələrin baş verdiyini hamıya danışırdı. Ancaq bu məlumatlar həcm və dolğunluq baxımından çox qısa, həm də məhdud olurdu.
XV əsrdə çap işi icad edildikdən sonra, nəhayət, dillərdə dolaşan və təhrif olunan xəbərlərdən qurtulmaq mümkün oldu. İndi məlumatları bir neçə nüsxədə çap edib maraqlanan şəxslərə vermək olardı.
Bu hadisə yeni tarixin başlanğıcında İtaliyada baş verdi, çünki Avropanın ən inkişaf etmiş şəhərləri məhz bu ölkədə yerləşirdi. Bu şəhərlərin çiçəklənməsi tamamilə ticarətdən asılı idi. XVI əsrdə ən nüfuzlu şəhər Venesiya idi.
Təxminən 1550-ci ildə Venesiyada ən son xəbərlər çap olunmuş vərəqələr yayılmağa başladı. Bu vərəqələr, demək olar ki, o zamanın qəzetləri idi. Onlar balaca, kələ-kötür və çox ucuz idi. Dəyəri çox az olan metal pula bu vərəqələrin bir nüsxəsini və ya bu vərəqələrdəki xəbərlərin ucadan oxunduğu toplantıya buraxılışı almaq olurdu. Bu metal pullar “gazzetta” adlanırdı. Tezliklə xəbər vərəqələri də belə adlandırılmağa başladı.
İngilis dilində “gazette” “newspaper” sözünün sinonomi kimi işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiBir varianta görə, “tutulma” mənasını verən qıc (“qıc olub” deyirik) sözündən əmələ gəlib. Başqa ehtimala görə, təqlidi sözdən əmələ gəlib: qıc dişlərin sürtünməsindən alınan səsi bildirir. Qıc-a feildir, qıc-a-n qayıdış növüdür. Birinci ehtimal daha məqsədəuyğundur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQıdıq və qıcıq eyni sözün dəyişmiş formalarıdır. Горчица yerinə qıcı (yəni qıcıqlandıran, acı) sözünü işlətmişik. İndi ərəb mənşəli xardal kəlməsindən istifadə edirik, xalq arasında bu sözü işlətmirlər. Sözün kökü qıc feilidir. Yaz-ı modeli üzrə qıc-ı, açıq modeli üzrə isə qıcıq əmələ gəlib. Bu söz qıdıq, gicişmək, gicitkən sözləri ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində bu sözün əvəzinə, uçqun işlədilir və uçmaq feili zəminində yaranıb. Qığılcım bizdə qaxılcım, qıyılcım kimi olub (bəlkə də, çaxılcım olub). Qaxmaq, çaxmaq (vurmaq) sözü zəminində yaranıb. İkinci və daha etibarlı yozum belədir: söz köyqılcım kəlməsinin dəyişmiş formasıdır, göy “od” deməkdir, qığılcım da “od” anlamı ilə bağlıdır. Qov (çaxmaq daşında od alan hissə) sözü də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti