Bəzi türk dillərində kədiotu da deyirlər. Türk dillərində pişik yox, kədi işlədilib, pişik fars sözüdür (muşik, yəni “siçanyeyən”). Biz isə çox vaxt valeriana deyirik. Otun adı onunla bağlıdır ki, bu dərman otunun iyini pişik çox xoşlayır. Valeriana latınca elə “kədiotu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, fars dilində pih formasında işlədilir, bizdə semiz kəlməsindən istifadə olunub (sümürmək də bununla qohumdur). Piy, semiz, салo (rusca) sözləri tarixən “örtmək” anlamı ilə bağlı olub. Böyrəyin üstü həmişə piylə örtülü olur (yağ içində böyrək kimi bəslənib deyirik). Rus dilindəki салo və садиться sözləri də kökdaşdır, ola bilsin ki, böyrək, əslində piylək kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYunan sözüdür, hərfi mənası “artıqlıq” deməkdir. Dilçilikdə eyni sözün təkrarını bildirir. Məsələn, qədimdə mən gəlirəm yerinə, mən gəlir mən işlətmişik. Burada mən sözünün 2 dəfə təkrarı pleonastik üsul adlanır. Biz gəlirik cümləsindəki -ik şəkilçisi əvvəllər onun yerinə işlədilmiş biz sözünün (biz gəlir biz) dəyişmiş və şəkilçiyə çevrilmiş formasıdır. Söz biz gəlir –biz gəliriz –biz gəlirik ardıcıllığı üzrə formalaşmışdır. Bəzi dillərdə pleonastik üsul indi də qalır. Tuva dilində men seen bile gedə mən işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİtalyan sözüdür. Qədim mənası “at üstündə xəbər aparanlar” deməkdir. Bir atlı müəyyən məsafəni qət edəndə oradakı ikinci atlı onun işini davam etdirirmiş. Post sözü ilə eyni kökə malikdir. Semantik baxımdan bizdə işlədilmiş “ağac” (6-7 km məsafə ölçüsü) anlamı ilə yaxınlıq təşkil edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti