Qərb dialektlərində taxılın ilk biçilmə dövrü belə adlanır. Bəzən bunu biç+quruq kimi izah edirlər. Əslində, fars sözüdür və pişxord şəklində olub, “закуска” mənasında işlədilir (taxıl yaxşı yetişmədiyindən ehtiyacı azca ödəmək üçün vaxtından əvvəl müəyyən qədər biçir və istifadə edirlər). Sözün əsli peşxord olub: peş –“əvvəl”, “qabaq” deməkdir, xord isə “yemək”. Bir qədər ağnağaz sözünün mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaynaqlarda rus dilinə косоязычный kimi tərcümə olunub. Yəqin ki, pəltək sözü ilə qohumdur. Pəltək isə pəlyok (dili yox) kəlməsinin təhrifindən törəyib. Pəl sözü “dil” mənasında çox yerdə verilib, güman ki, rus dilindəki полосатый kəlməsi də pəl sözü ilə bağlıdır (zolaq öz formasına görə dilə oxşardır). Fin-uqor dilləri ailəsinə daxil olan udmurt dilində pəl “dil” yox, “qulaq” deməkdir (пельмени sözü də buradandır, formaca qulağa oxşadığı üçün belə adlandırılıb). Türk dillərində isə pəl “dil” mənasında işlədilib. Pəlbaş və pəltək eyni sözün iki variantı kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti