Almancadır, “trafaret” deməkdir (piston, barıt və güllənin gilizdə birləşməsidir). Patrontaş “patron qabı”dır (“Müasir Azərbaycan dili” kitabında taş və daş dolaşıq salınıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Latın sözüdür, hərfi mənası “qorumaq”, “üstünü örtmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu mümkündür:
1. Zənn edirəm ki, söz xəzan kəlməsinin təhrifi nəticəsində yaranıb. Bizdə payız anlamını quz (güz) sözü əks etdirib. Xəzəl sözü də xəzan kəlməsi ilə bağlıdır. İkinci ehtimala görə, payız sözü küz kəlməsinin dəyişmiş forması ola bilər. Amma türk dillərinin çoxunda payız sözü yoxdur, küz kəlməsi işlədilir. Ona görə də birinci mülahizəni daha etibarlı saymaq olar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözü bacanaq kəlməsi ilə bağlayırlar. Peçeneqlər 915-1034-cü illərdə Rusiyanın cənubunda at oynatmışlar. Ruslar onlardan qorxduqları üçün qohum (bacanaq) olmağa çalışmış, onlara qız vermişlər. Rus dilindəki брак (əsli: birikmək) sözü də bununla bağlı yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır. Onu hazırlamaq üçün mayadan (quzunun və ya buzovun qursağı, bal, buğda, yumurta qarışdırılır, içində qaynamış su olan küpəyə salınır və bir həftə ocağın yanında saxlanılır) istifadə olunur. İlıdılmış südə maya qatırlar, 2 saatdan sonra dələmə alınır. Dələməni torbaya qoyub, daş altında süzməklə pendir alırlar. Qədimdə türk dillərində pendirə qurud, şora isə ağrımşıq deyiblər. Sonra pendir üstünlük təşkil edib və qurud sözü mənasını dəyişməyə məcbur olub. Şor və ruslardakı сыр eyni sözdən törəyib, hər ikisi “duz” anlamı ilə bağlıdır, fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti