“Mənimkini özümə ver” deyirik. Sözün kökü mən əvəzliyidir. –im yiyəlik hal şəkilçisidir, -ki şəkilçiləşmiş əvəzlikdir. Belə qanun da var: söz başqa sözə bağlanmaq üçün qrammatik şəkilçi qəbul edirsə, bütün əvvəlki şəkilçilər leksik şəkilçi yerində çıxış edir. Mənimkini sözündə təsirlik hal şəkilçisindən əvvəl gələn şəkilçilər leksik şəkilçi rolunda çıxış edir, çünki sözü başqası ilə bağlamaq əlamətini itirib. Qrammatik şəkilçilərin ardıcıl düzülüşündə hər əvvəl gələn, sonrakı ilə müqayisədə, sözdüzəltmə əlamətinə malikdir: kitablardan sözünü kitabdanlar kimi işlətmək olmaz, çünki cəm şəkilçisinin təbiətində hal şəkilçisinə nisbətən sözdüzəldicilik əlaməti vardır. Deməli, mən, mənim, mənimki, mənimkinin sözlərindən sonuncusunda –ni şəkilçisinə qədər olan hissə şərti də olsa düzəltmə sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Hazır şeyə sahib olmaq”, “hazır şəkildə verilən biliyi, yadda saxlamaq və tətbiq etmək” deməkdir. Mən əvəzliyi, yiyəlik hal şəkilçisi (-im) və feil düzəldən şəkilçi (-sə) vasitəsilə düzəlib. Hal şəkilçisi öz funksiyasını itirib və -sə şəkilçisi mən-im sözünü feilə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti