Ərəb mənşəlidir, katib, məktub, kitab sözləri ilə eyni kökə malikdir, “yazı” anlayışı ilə bağlıdır. Füzuli məktəbi kimi ifadələr школа sözünün tərcüməsindən yaranıb: школа yunanca “asudə vaxt” deməkdir; mütəfəkkirlər asudə vaxtlarda gəncləri ətrafında toplayıb müzakirələr keçirirlərmiş. “Təhsil müəssisəsi” mənası школа sözünə romalılar tərəfindən verilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir əsli məlaikədir, mələk sözünün cəmidir. “Elçi”mənasında işlədilir, “Allahın buyurduqlarını bəndəyə çatdıran” deməkdir. Mələklərdə cinsi fərqlənmə olunmur. Məşhur mələklər bunlardır: Cəbrayıl, İsrail, İsrafil, Əzrail. Cəbrayıl – Peyğəmbərlə Allah arasında əlaqəçidir. Mikayıl – yağış, külək və s. təbiət hadisələri ilə bağlı fəaliyyət göstərir. İsrafil qiyamət qopmasına, Əzrail ölüm işlərinə baxır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti