Farscadan (maya) alınma sözdür, pendir düzəltmək üçün istifadə olunur: südəmər buzov və ya quzu qursağından hazırlanır: qursağı içində su olan küpəyə salır, bal, buğda, yumurta əlavə edir, bir həftə ocağın yanında ( isti yerdə) saxlayır, nəticədə maya alırlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Birinci a səsi uzun tələffüz olunur. Buqra (erkək) və arvana (dişi) dəvələrindən törəmiş ikihörgüclü dişi dəvə maya adlanır. Poeziyada gözəllik simvolu kimi verilir, ona görə həm də qadın adı kimi işlədilir. Aınma sözdür. Şəmkirli Aşıq Hüseyn yazırdı: Sərində bəzəyi, baxışı şaxlı, / Bir şahbaz gərdənli, maya buxaqlı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHindlərdə Allah adıdır. Farslarda və bizdə isə “dişi dəvə” anlamında işlədilir. Şəxs adı kimi hər ikisi mümkündür. Simvolik mənası “ağ”, “gözəşirin” deməkdir. Bayatı da var: Buradan bir maya getdi, / Sallandı çaya getdi, / Yolunda cəfa çəkdim, / Əməyim zaya getdi. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti