Hindistanda Multan adlı şəhər var, vaxtilə oradan Azərbaycana tacirlər gələrmiş, müsəlman olmadıqları üçün yerli əhali tərəfindən pis qarşılanırmış, həm də dilləri başa düşülmürmüş, moltanı dili anlaşılmaz dil anlamında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində (Qaqauz dilində) mor sözü var və darçını, mixəyi, xurmayı, qəhvəyi mənalarında işlədilir. Morar feili də “badımcanı rəng” anlamını əks etdirir. Mor badımcan rəngi ilə bağlıdır, moruq da badımcan rəngi olduğundan belə deyilir. Yəni moruq sözü meyvəsinin rəngi zəminində bu adı kəsb edib. Görünür, həm də feil olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti