Soğdaq dilinə məxsus sözdür, (soğdaqlar Özbəkistanın indiki ərazisində yaşamışlar, dilləri hind-ari dillərinin İran yarımqrupuna daxil idi), mənası “şəhər” deməkdir. Bizdə məna dəyişib, Anadolu türklərində isə qədim məna qalmaqdadır. Biz kənd yerinə köy işlətmişik, görünür, “od” anlamı ilə bağlıdır. Ruslarda da дом və дымить eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiUn kəpəyi, baş kəpəyi və s. birləşmələrindəki kəpək sözü, əslində, “qabıq” deməkdir, sonra kəpək formasına düşüb. Unkəpəyi “buğdanın, arpanın qabağı”dır, baş kəpəyi “dəridən qopan qabıqcıqlar”dır. Kəpək alma növü də var, çox yumşaq olur və dişləyəndə kəpək kimi ovxalanır. Bu, sözün məcazi mənasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQopmaq feili ilə qohumdur. Üzərində tozcuqlar (qabıq, pulcuqlar, qopuq, kəpək) olduğu üçün belə adlanıb. Deməli tozlu, kəpəkli deməkdir. İkinci ehtimal da mümkündür: qədim təsəvvürə görə, kəpənək ölülərin ruhu hesab olunurmuş. Bu mənada “bədəndən qopan” (yəni ruh) kimi də başa düşülə bilər. Başqa bir yozuma görə kəpənək sözünün mənası “ətsiz, əti olmayan” deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNehrə yağına kərə yağı deyirik. Türkmənlər nehrə əvəzinə, qöbe işlədir, “сливочное масло” ifadəsini də qöbe yağı kimi tərcümə edirlər. Zənn edirəm ki, kərə yağı elə qöbe yağı ifadəsi kimi olub, tədricən qöbe kəlməsi kərə şəklinə düşüb. Fars dilində nehrə (маслобойка) sözünün mənası belə açılır: maşine kəreqari. Deməli, kərə məhz “nehrə” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qulağı qısa (və ya kəsik) qoyuna kərə qoyun deyirik. Belə düşünürəm ki, kərə sözü gödə (gödək) sözünün təhrif olunmuş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Buna dəryaz da deyirlər (alınma sözdür), ot çalmaq üçün alətdir. Gərmək feili ilə qohumdur. Sözün əsli gəzinti, çöküntü qəlibi üzrə yaranmış gərinti kəlməsidir. Dəryazla ot biçən adamın bədəni gərgin vəziyyət alır, əzələləri gərilir. Kərənti “gərilməyə səbəb olan” deməkdir. İkinci yozum da mümkündür: kərəntinin tiyəsi gərilmiş vəziyyətdə olur. Yəhər sözü qaltağın zahiri əlaməti zəminində əyri kəlməsindən əmələ gəldiyi kimi, kərənti sözü də tiyənin görünüşünə əsasən, bu cür adlandırıla bilərdi.
2. Hind mənşəlidir, “kəsmək” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti