Qədim hind dilində dəvəyə karvan deyiblər. Farslar isə dəvə qatarına karvan deyirlər. Deməli, karvan tarixi baxımdan hind sözüdür, dəvə ilə bağlıdır. İndi məna bir qədər genişlənib, yəni dəvədən kənara çıxıb (maşın karvanı və s. deyirik). Bizdə tarixən karvan yerinə arqış kəlməsindən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRadlov türk mənşəli hesab edir və mənasını belə açır: “свободный, независимый человек, искатель приключений…”. Söz rus mənbələrində ilk dəfə 1395-ci ildə işlədilib. Deməli, kazaklar Rusiyaya XIV əsrdən gəlmiş ola bilərlər. Güman edilir ki, türk xalqlarıdır, bizim Qazax rayonunun adı da onların adı ilə qohumdur. Sözün mənşəyi ozan, gəzən kəlmələri ilə bağlıdır. M.Fasmer onları qırğız hesab edir: qırğız-“qır” (çöl) və “gəzmək (çöldə gəzən)” deməkdir. Onlara kaysaki də deyiblər. Deməli, qırğız və qazax eyni kökə malik sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Orta əsrlərin sonlarında Şərqi Avropa tez-tez düşmən hücumlarına məruz qalırdı. Belə şəraitdə ən ağır vəziyyətdə və əsarət altında qalanlar kəndlilər idi. Onların bir qismi Qara dənizin şimalında yerləşən səhralara qaçmağa məcbur oldu. XV əsrdə oralar hələ də “yiyəsiz” torpaqlar idi. Türklər bu qaçqınları kusak (qusak), yəni fırıldaqçı, macəraçı adlandırırdılar. Beləliklə də, rus dilində “kazak”, ingilis dilində isə “cossack” sözləri yarandı.
XVI əsrdə cənub-şərqdə, kazakların Ukraynada yerləşdikləri torpaqlar polyakların təsiri altına keçdi. Amma XVII və XVIII əsrlərdə ruslar polyakları məğlub edə bildilər və beləliklə də, 1800-cü ilə kazakların yaşadıqları torpaqlar artıq Rusiyaya məxsus idi.
Kazaklar çox gözəl at minir və olduqca cəsur döyüşçü idilər. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya hökuməti kazaklardan daxili çaxnaşmaların yatırılmasında istifadə edirdi. Yuxarıdan gələn əmrlə kazaklar üsyançılara hücum edir və elə yenə də yuxarıdan gələn əmrlə yəhudi talanları törədirdilər. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiİki yozumu məlumdur: Qazan (şəhər çökəklikdə olduğundan) və Qazan xanın adı ilə bağlayırlar. Tatarlar Qazan xanın nəslindən ola bilərlər. İkinci mülahizə daha inandırıcıdır. Qazan xanın adını qazmaq(öldürən, dəfn edən, yerə basdıran) feili ilə də bağlamaq mümkündür və semantik baxımdan Orxan adına yaxınlasır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə əkçi, ekçi kimi də işlədilib. Güman edirəm ki, kiçi (kiçik sözünün qədim törəmə köküdür) kəlməsi ilə bağlıdır. Maral, inək və s. ilə müqayisədə kiçik olması onun keçi adlandırılmasına səbəb ola bilər. Rus dilindəki коза sözü də “keçi”nin dəyişmiş formasıdır. B. Munkaçi sözü təqlidlə bağlayır(bu, daha inandırıcıdır), H. Poppe isə monqol dilinə mənsub olması haqqında mülahizə söyləyir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKeçim sözü olub və “yaşayış” anlamında işlədilib. Keçinmək isə “ölmək” deməkdir. Görünür, keç feilinin bir mənası da “yaşamaq” demək olub. Ehtimal ki, keçinmək (ölmək) sözü köçmək feili ilə bağlıdır və əslində, keçinmək yox, köçünmək kimi olub. Deməli, keçinmək (yaşamaq) və köçünmək (ölmək) sözləri omonimlərdir. Keçinmək və köçünmək qəlibinə uyğun səpgimək və söngümək sözləri də qeyd oluna bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə “söndürmək” mənasında keçirmək sözü işlənir. Mənbələrdə öç feili var və rus dilinə “гаснуть” kimi tərcümə olunub. Deməli, keçir sözü öçür şəklində olub və dəyişərək keçir formasını kəsb edir. Ehtimal ki, öç sözü üfür ilə kökdaş olub, “külək” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti