Zahiri gözəllik anlamında işlədilir. Görcək kimi olub, eybəcər (göyçək olmayan) qadına “görüksüz” deyiblər. Tatar dilində kürek (красота), kürekli (изящный), kürkəm (симпатичный) kəlmələri işlədilir. Bizdə “göyçək” mənasında görk, görklü kəlmələri də olub. Rus dilindəki вид sözünün mənasını verən görük sözü də миловидность kimi açıqlanıb (“görk olsun” deyirik). Görkəm sözünün kökü feildir, bunu ötkəm tipli sözlər də sübut edir. Deməli, göyçək kəlməsi görmək feili zəminində yaranıb, yaxşı görünən deməkdir. Belə bir qədim deyim də var: “Kişini göz aldadar, qadını söz (yəni qadın bəzənəndə kişi ona vurulur, kişi yağlı sözlər işlədəndə qadın ona vurulur)”. Kişi çox vaxt məhz qadının göyçəkliyinə uyur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bir mənası “bərkimiş dəmir” kimi açıqlanır. Belə bir cümlə də var: göydəmir deşib keçər. Buradakı göy kəlməsi rənglə bağlı deyil, “yandırmaq” anlamını verən göy sözü ilə bağlıdır. Dəmiri bərkitmək üçün əvvəlcə möhkəm qızdırır, sonra suya salırlar. Göy sözü məhz bu qızdırma anlayışı ilə bağlıdır. Göydəmir sözünün başqa mənası da “kül rəngində (yanmış dəmir rəngində) olan at” deməkdir. Göründüyü kimi, burada da od anlamlı göy sözü var və kül onunla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHun imperiyası dağılandan sonra ən güclü imperiya Göytürk imperiyası olub. Güman etmək olar ki (bu fikir ədəbiyyatda da verilib), bu söz “Tanrı” anlamını verir: “tanrı türkləri, ulu türklər, yüksək türk” və s. deməkdir. Ötükən VI əsrin ortalarından Göytürklərin paytaxtı olub. Göy mənasında fələk sözünü də işlədirik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞəxs adı kimi işlədilən bu sözün bir neçə yozumu ola bilər:
1. Qaraş qəlibi üzrə göy sifətindən düzəlib.
2. “Yanmaq” mənasını verən göymək feili ilə bağlı olar.
3. Gövşəmək feili əsasında yaranıb və s. Sözün göycə forması da var və rənglə bağlıdır. Ona görə də birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Подметить” mənasında işlədilən bu sabit birləşmədəki qoymaq sözü qaramaq (baxmaq) feilinin dəyişmiş formasıdır, yaxın mənalı sözlərin birləşməsindən əmələ gəlib. Gözəyarı kəlməsindəki yarı komponenti də qaraq (göz) sözünün dəyişmiş formasıdır. Qaqauz dilində gözəyarı əvəzinə qöz kararına (приблизительно) ifadəsi işlədilib ki, buradakı karar hissəsi məhz qaraq sözü ilə eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBuradakı düşmək sözü, əslində, tuş (olmaq) sözü ilə bağlıdır, “rastlaşmaq” mənasını əks etdirir. Yola düşmək də “yola tuş olmaq” deməkdir. Gözdən düşmək ifadəsindəki düş sözü ilə dış (kənar, uzaq) kəlməsi ilə əlaqədardır. Deməli, tuş, dış sözləri həm də feil kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇuvalın ağzını kəndirlə bağlamaq üçün gözəklər (петля) tikirlər. Sözün kökü göz ismi ilə bağlıdır (“stolun gözü” deyirik), -ə şəkilçisi feil düzəldir (güc-ə-n, göz-ə-mək..), -k şəkilçisi isə gözə feilindən isim əmələ gətirib: göz-gözə-gözək. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti