Babilistan köçü zamanı və ondan sonra yəhudi dini mürəkkəb qanunlar, həmçinin qadağalar sistemi yaratmışdı. Bu sistemin ətrafında xeyli sayda köməkçi mərasim və ayinlər əmələ gəlmişdi.
Makkaveylər çarlığında yəhudilərdən ibarət və qeyd-şərtsiz həmin qaydalara riayət olunmasını tələb edən qruplar yarandı. Onlar özlərini ferişayya (perishayya) adlandırırdılar. Bu söz aramey dilindən “ayrılmış” kimi tərcümə olunur. Yəni onlar özlərini dünyadan ayıraraq həyatlarını Allaha xidmətə həsr edirdilər. Bu söz yunan dilində “pharisaikos”a çevrildi və başqa dillərə keçdi. Biz onları farisey adlandırırıq.
İsanın yəhudi torpaqlarına gəldiyi vaxt onların sayı artıq mini keçmişdi. Fariseylər mərasimlərin son dərəcə dəqiq yerinə yetirilməsinə böyük önəm verirdilər. Özü də bu zaman mərasimlərin əsl mahiyyəti çox vaxt itirilirdi.
Fariseylər İsanın nəzəriyyəsinin dini mərasimlərin yerinə yetirilməsinə aid olan hissələrinə qarşı çıxırdılar və “İncil”də İsanın buna görə onları qınadığı bildirilir; məsələn, Matfeyin “İncil”ində (23:13) belə deyilir: “Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!”
Nəticədə, dindarlığın mənasına yox, zahiri tərəfinə daha çox fikir verən, özünə əmin, ikiüzlü, riyakar adama farisey deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQədim zamanlarda hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.
1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.
Mussolini hiss etmişdi ki, əgər güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək. O, rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti