M.Fasmer yazır ki, bu söz ya fars, ya da ərəb mənşəlidir. Sözün mənşəyini od kəlməsi ilə bağlayanlar da var. Mən sonuncuların tərəfində durub belə hesab edirəm ki, söz türk mənşəlidir, mənası “od diyarı” deməkdir. Belə hesab edənlər də var ki, Azərbaycan sözü tayfa adı ilə bağlıdır. Onların fikrincə, Xəzər tayfasının adı ilə Azərbaycan sözü arasında qohumluq var, sözün mənası “Xəzər tayfasına məxsus ərlər, igidlər” deməkdir. Burada bir şey inandırıcı deyil: həmin alimlərə görə, kənd sözü məkan bildirir. Əslində, kənd türk sözü deyil, soğdi dilinə mənsubdur, soğdilər isə irandilli əhali olmuşlar (onlarda kənd sözü “şəhər” anlamını verir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir ehtimala görə, burada azı hissəsi əzmək sözü ilə bağlıdır. Anadolu türkləri buna “üyüdücü diş” deyirlər.Yemi əzən əsas dişlər azı dişdir. İkinci ehtimala görə, azı kəlməsi azuqə (yem), aş kəlmələri ilə bağlıdır. Mənbələrdə söz azıq kimi verilib və əzmək, həm də aş sözü ilə bağlı izah olunub. Anadolu türklərində sözün üyüdücü kimi işlədilməsi göstərir ki, birinci ehtimal daha ağlabatandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olub. Azmaq sözü də onun ilk samitini itirmiş formasıdır. Yolunu azmaq məhz “səhv edərək başqa yolla getmək” deməkdir. Toyuq fallığını itirəndə “yazıxıb” deyirlər, yəni çaşıb, səhv edib. Kənddə pis pişiklərin gözünü bağlayıb uzaq yerə aparır və orda buraxırlar. Buna pişiyi azdırmaq deyilir. Tarixi baxımdan yazıq sözü də bununla bağlıdır, “səhv edən” deməkdir. İndi məna xeyli dəyişib, söz “fağır” anlamında işlədilir. Ağlı azıb birləşməsində azmaq “itmək”, “yoxa çıxmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz “aşıb-daşan, normaya sığmayan” mənalarında işlədilir. Bir mənası da “yaşlı, nəhəng heyvan” deməkdir (6 yaşlı keçiyə “azman” deyirik). Sözün kökü, əslində, aşmaq məsdəri ilə bağlıdır. Aşmaq isə daş (dışarı) kəlməsinin formaca dəyişməsi zəminində yaranıb. Daş (dış) – “kənar, kənara çıxmaq, xaric” (için əksi) deməkdir. Deməli, azman (əsli: aşman, daşman, dışman) – “normadan çox kənara çıxmaq”la bağlıdır ( -man şəkilçisi həmişə çoxluq bildirir: qocaman, ataman və s.). Bir yozuma görə, azğın sözü ilə qohumdur, “aşıb-daşan” (azğın olan) anlamında işlədilib, indi məna xeyli dəyişib. Başqa bir yozum: sözün kökü as (az, ys, yz) hissəsidir, “ağıl” deməkdir. Azman- “ağıllı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yemək şeylərinə azıq demişik. Azmaq feili olub və “çeynəmək” anlamında işlədilib. Azuqə həmin feildən əmələ gəlib və özümüzün doğma sözümüzdür, (azı diş ifadəsi də buradandır, “əzən dişlər” deməkdir).
2. Bu sözü alimlərimiz alınma hesab edirlər. Əslində, azuqə kəlməsi aş sözü zəminində yaranıb və bizim dilimizdən başqa dillərə keçərək forma dəyişmələrinə məruz qalıb. Mənbələrdə aşla (yemək), aşlıq (mətbəx), aş (голодать) kimi sözlərə çox təsadüf olunur. Tatar dilində azıq (съестные припасы), azımaq (жевать) sözləri var. Azı diş birləşməsindəki azı sözü də “aş”la (əzmək, çeynəmək, yemək) bağlıdır. Deməli, azuqə və aş (bu, qədim zamanlarda plov yox, ümumiyyətlə, “yemək” mənasını əks etdirib; aşpaz, aşxana, nə tökərsən aşına... kimi söz və ifadələr də bunu sübut edir) eyni kökə malik olan sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTəkallahlılığı qəbul etmiş qədim yəhudilər bütpərəstliyin istənilən təzahürünə qarşı idilər. Ona görə də bütlərə sitayişin qadağan olunması yəhudi dininin ən əsas qanununa çevrildi. Amma iş bununla bitmədi. Sonradan sitayiş obyektinə çevrilmək ehtimalı olmasın deyə insan və heyvan şəkilləri çəkmək qadağan olundu.
İslamda bu qadağa qeyd-şərtsiz idi: şəkil çəkmək, ümumiyyətlə, islama zidd idi. Bu dinə ilk etiqad edən ərəblərin canlı varlıqları təsvir etmək imkanları olmadığı üçün onlar abstrakt ornamentlər yaratmağa başladılar. Ərəb əlifbasının özündə hərflər sanki bir-birinə hörülür. Ərəblər bundan ornament yaratmağın bir üsulu kimi istifadə edir, lazım olanda hərfləri incə və nəfis naxışlarla bəzəyirdilər.
Əlbəttə, ornamentin həndəsi modellərindən ərəblərə qədər də istifadə olunmuşdu. Qədim Yunanıstanın incəsənətində buna çox nümunələr var. İntibah dövründə rəssamlar yenidən qədim yunan sənətinə müraciət etdilər. Onlar eyni zamanda ərəb naxışlarından da istifadə etməyə başladırlar. Məhz bu səbəbdən İntibah dövrünün rəssamlarının həmin əsərləri arabesk adı ilə tarixə düşüb.
Tədricən özündə hər hansı bir mücərrədlik və ya ornament ehtiva edən digər sənət nümunələrini də belə adlandırmağa başladılar; məsələn, XIX əsrin ortalarında abstrakt melodiya əsasında yaradılan musiqi əsərləri, baletdə xüsusi ifadəli dramatik rəqslər də arabesk adlandırıldı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQədim dövrlərdə Qərbi Asiya dövlətlərinin ərazilərində qohum dillərdə danışan insanlar yaşayırdı. Bunlar babillilər, assuriyalılar, arameylər, yəhudilər və gildanilər idi. Onların dilləri semit dilləri adlandırılır, çünki Bibliyaya əsasən, bütün bu xalqlar Nuhun böyük oğlu Samdan törəmişlər.
Qədim mədəniyyət mərkəzlərindən şimalda yerləşən səhralarda isə tamamilə başqa dildə danışan köçəri xalqlar yaşayırdı. Miladdan öncə təxminən 2000-ci illərdə onlar atı əhliləşdirmiş və araba icad etmişdilər.
Bu köçərilərin bir hissəsi özlərini ari, yəni “alicənab” adlandırırdılar.
Miladdan öncə təxminən 2000 və 1200-cü illər arasında ari qəbilələri cənuba, Hindistana yürüş etmiş və o ərazinin böyük bir hissəsini tutmuşdular.
Arilərin dilləri sanskritə (qədim hindlilərin ədəbi dili), həmçinin bir sıra müasir hind və Avropa dillərinin çoxuna yaxın idi. Hazırda ari dillər qrupunu hind-Avropa dilləri adlandırırlar.
Bu dil əlaqələri aşkar olunduqdan sonra təbii olaraq belə bir fikir irəli sürüldü ki, həmin dillərdə danışan xalqlar eyni irqin nümayəndələridir. Semit dillərində danışan insanlar semitlər, hind-Avropa dillərində danışanlar isə arilər adlandırılmağa başlandılar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiAmerikanın ən parlaq və görkəmli prezidentlərindən biri Teodor Ruzvelt idi. O, gənc yaşlarından özünü tamamilə siyasətə həsr edərək əvvəlcə Nyu-Yorkda polis komissarı olmuş, sonra İspaniyaya qarşı müharibə elan olunmasını tələb edərək 1898-ci ildə Kubada süvari alayına şəxsən başçılıq etmişdi.
1899-cu ildə, müharibədən sonra T.Ruzvelt Nyu-York ştatının qubernatoru seçilərək bütün qüvvəsini islahatların həyata keçirilməsinə sərf etməyə başlayır. Bundan çox da razı qalmayan siyasətçilər ondan canlarını qurtarmaq üçün namizədliyini o qədər də əhəmiyyətli olmayan vitse-prezident vəzifəsinə irəli sürürlər. O bu vəzifəyə seçildikdən az sonra isə prezident Makkinli öldürülür və Teodor Ruzvelt ölkə prezidenti olur. O, 1906-cı ilədək bu vəzifədə qalır.
1908-ci il seçkilərində namizədliyini irəli sürməkdən imtina edən T.Ruzvelt Şərqi Afrikaya, safariyə yola düşür. Amerikalılar onun ov zamanı əldə etdiyi uğurlar haqda xəbərləri həvəs və bir qədər də istehza ilə izləyirdilər. Uşaqların çox sevdiyi yekəqarın oyuncaq ayı balası T.Ruzveltin şərəfinə Teddi adlandırılır (ola bilsin, bununla Ruzveltin ovda ayı öldürdüyünə eyham vurulurdu) və indiyədək bu adı daşıyır. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti