Sözün mənası “sormaq” deməkdir. Əmcək, əmzik, məməcik, əmi, əmə, mama (yəni bibi) sözləri kökdaşdır. Güman etmək olar ki, əmmək və yemək eyni kökdən törəmiş sözlərdir, sonradan mənaları bir qədər dəyişib. Xalq arasında indi də uşağı əmizdir yerinə, uşağı yedirt cümləsi işlədilməkdədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDişli balinalar yarımdəstəsindən suda yaşayan məməli heyvanlardan birinə indi “kaşalot” deyirik. 70 tona qədər çəkisi olur, mədəsindən 6 tona qədər ənbər, yəni gözəl qoxulu maddə almaq olur. Ənbər ərəb sözüdür və kaşalotu qədimdə balıq hesab ediblər. Ənbərbalığı “kaşalot” sözünün sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “suda təngnəfəs olmaq” mənasında işlədilir. Qədim mənbələrdə nəfəs anlamını verən ənəf kəlməsi var (bəzi dillərdə indi də işlədilir). Əndihmək həmin sözün dəyişmiş formasından əmələ gəlmiş feildir. Sözün əsli ənəfləmək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Küçük” mənasında işlədilir (əlik sözü də var və tarixən “vəhşi keçinin dişisi” mənasında işlədilib). Mahmud Kaşğarinin “Lüğət”ində ən(en) feili “doğmaq” kimi şərh olunub (qancıq sözü də yəqin ki, “əncik”dən törəyib). Ənik həmin feildən düzəlmiş isimdir, qabaqlar uşaq mənasında işlədilib (həmin lüğətdə urağut yenidi, yəni arvad doğdu cümləsi də verilib), sonra heyvan (ən çox: it balası) anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti