“Çay” mənasında işlədilən bu sözün kökü öz feilidir, mənası “ayrılmaq” deməkdir. Özən bir neçə qola ayrılan çaya deyilib. Güman ki, özgə sözü də həmin feillə bağlıdır. Anadolu türklərində “bulaq” mənasını verən gözə (gözən) ismi var. Şahbuz rayonunda “sulu yer” mənasında gözənək sözü işlədilir. Göründüyü kimi, hamısı “su” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÖz sözü həm əvəzlik, həm də feil kimi işlədilib, omonim olub. İndi feil forması müstəqil işlədilmir. Amma özgə, özül, özək tipli sözlərdə qədim mənasını saxlayıb. –gə, -ül, -ək şəkilçiləri feildən ad düzəldir, əvəzliklərə qoşulmur. Özgə kəlməsi mənbələrdə adın, azın formalarında da qeydə alınıb. Deməli, özgə kəlməsi öz feilindən əmələ gəlib, düzəltmə söz olub (indi sadə söz kimi qəbul olunur, çünki öz feili müasir dilimizdə müstəqil işlədilmir). Bunu nəzərə almayan bəzi alimlər hökm verirlər ki, -gə şəkilçisi həm feillərə (süpür-gə), həm də əvəzliklərə (öz-gə) artırılır. Nəzəri baxımdan eyni şəkilçinin həm feil, həm də adlardan söz düzəltməsi müşkül məsələdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti