Etimoloji kökü öc kəlməsidir. Bu kök mənbələrdə həm də “söndürmək” (keçirmək) mənasında qeydə alınıb. Öc almaq, elə “hirsini söndürmək” (intiqam almaq) deməkdir. Deməli, hər iki məna arasında yaxınlıq var. Öcəşmək (öc-ə-ş-mək) feilin qarşılıq–birgəlik növünü bildirir. İndi öcə feili müstəqil işlədilmir, lakin sözün qəlibi boşa, yaşa tipli faktlarda özünü büruzə verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənası “sarı” deməkdir. Təkcə bizdə yox, çox dillərdə öd “sarı” anlamı ilə bağlıdır. Səbəbi isə odur ki, qara ciyər müntəzəm olaraq, sarı rəngli maddə istehsal edir və həmin maddə öd kisəsinə toplanır, oradan da bağırsaqlara ifraz olunur. Ödün rənginin sarı olması onun adının əsasında durur. Bizdə öd sözünün sinonimi kimi sarığ (sarı) işlədilib. Ehtimal ki, öd xalis türk sözüdür, sarı isə ərəbcə “öd” mənasını verən səfa kəlməsinin dəyişmiş formasıdır. Dilimizdə “qorxudan sarısını udub” cümləsindəki sarı məhz “öd” deməkdir. Rus dilində желтый və желчь kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBağır-öfkə sözü “içalat” anlamını əks etdirir. Öfkə həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir. Tatar dilində öpkə sözü “qəzəb” mənasını verir. Türkoloqlardan Bamberi yazır ki, öfkə və öd kökdaş sözlərdir. Öd həm də həyəcan mənbəyidir (ödünü uddu, ödü parçalandı deyirik). Belə halda –kə şəkilçisinin öd sözünə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, söz övkələ kəlməsi ilə qohumdur, darılmaq (darıldı bağrım...), sıxılmaq (qəzəb!?) anlamları ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Mənbələrdə ög (oy) “doğma”, öksüz isə “yetim” kimi verilib. Dilimizdə ögey “doğma olmayan” deməkdir (əsli: ög döy; ög deyil kimi olub). Qədim dövrlərdə ata sözünün sinonimi qan (sağır n ilə yazılır) kəlməsi olub. Anaya ög demişik. Ög-qan kəlməsi “ana-ata” kimi açıqlanıb. Ögey ata birləşməsinin yerinə, qansıq ata işlətmişik. -sıq və -sıra şəkilçiləri əksmənalı sözlər düzəldib. Qansıq “doğma olmayan”, qağansıra “xaqansız qalmaq” mənalarını əks etdirib. Bəs niyə ögey sözü məhz ög (ana) kəlməsi ilə bağlıdır? Yetimlik də, ögeylik də ana ilə əlaqələndirilib. Atasıza yetim deyilməyib, atası doğma olmayana ögey deyilməyib, yalnız anası doğma olmayan ögey adlandırılıb. Görünür, bu ya matriarx dövrünün qadınlara verdiyi üstünlüyün qalığıdır, ya da ananın daha əziz tutulması ilə bağlıdır. Bir deyim də olub: ögdaşlar (bir anadan olanlar) öpüşərlər, qandaşlar (bir atadan olanlar) döyüşərlər”. Sözün küvey variantı da mövcud olub.
2. Bəzi dillərdə “мачеха” mənasında öqə işlədilir (deməli, ögə “doğma olmayan” deməkdir). Söz ögə kimi qeydə alınıb. (-ə şəkilçisi analıq sözündəki -lıq şəkilçisinin sinonimi olub). Fars dilində gilə sözü var və bizdə onun sonuna “y” artırılıb: giley. Ögə və gilə sözlərinin sonundakı ə saitinin e saitinə keçməsi y samitinin günahıdır. Bu samit həmişə açıq saiti qapalıya çevirir (ə-yə nisbətən e qapalı hesab olunur): tərcümə sözünü tərcümeyi-hal, anaya sözünü ədəbi tələffüzdə anıya şəklinə salır. Görünür, ögey sözü də bu qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, bu alınma sözdür, bizdə onun yerinə ud sözü işlədilib. Öküzçü əvəzinə udçu demişik. 4 yaşdan yuxarı olan heyvana ök deyiblər. Ögüz sözü də qeydə alınıb və “çay” (река) mənasını əks etdirir. Bunların heç bir qohumluğu yoxdur. Toxarların dilində okso sözü olub və ruscaya “бык” kimi tərcümə edilib. Öküz onun dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEl, ulus sözləri ilə eyni kökə malikdir. Kök ilişmək kəlməsindəki il feilindən ibarətdir, “birlik” ifadə edir: el adamlar birliyidir, çoxluğudur, ulus evlər birliyidir, ölkə (əsli: ölgə) “cəmiyyət” deməkdir. Ölkə (ölgə) sözü ilə bilgə (bilgə Xaqan..) sözü eyni qəlib üzrə yaranıb: bilgə “bilən” deməkdir, ölkə isə “birləşən” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə ölüm, ya olum; ölüm-dirim (mübarizəsi), ölüm-qalım (məsələsi) kimi sözlər işlədilir. Bunlar sinonimlik əlamətinə malik olsa da, son ikisi daha qədim tarixə malikdir. Birincini isə C.Cabbarlı işlədib. Ölmək, olmaq, dirmək (durmaq), qalmaq feilləri ilə bağlı yaranmış sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÖpmək, hopmaq, hap (eləmək) sözlərinin hər üçü kökdaşdır və qədim mənaları “sormaq, ağzına almaq” deməkdir. Su yerə hopur, deməli, torpaq tərəfindən sorulur, siçan taxçadan tap eləyir, qızxanım (pişik) onu hap eləyir (yəni içəri ötürür) və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti