Farsca cəhar (dörd) və tar (sap) kəlmələrindən əmələ gəlib. Çadır dörd sapdan (üçü pambıq, biri ipək) toxunurmuş. Ona görə də adı dördsap olub. Çətir sözü bunun dəyişmiş formasıdır (buna “əl çadırı” da deyiblər). Çarğat, çardaq, çərçivə çadra sözlərində də cəhar kəlməsi iştirak edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə mülahizə söyləmək olar:
1. Uşağın çıxardığı səslə (cığıllamaq, cağıldamaq) bağlıdır.
2. Tuva dilində çağa sözünün mənası “təzə” kimi açıqlanıb. Yeni il ifadəsinə onlar “çağa il” deyirlər. Deməli, çağa “təzə doğulmuş” deməkdir. Dilimizdə “kefin çağdır” cümləsi var. Görünür, buradakı çağ kəlməsi tuva dilindəki təzə sözünün mənası ilə bağlıdır. Deməli, 2-ci mülahizə daha inandırıcıdır. Türkməncə ayı balası yerinə “ayı çağası” deyirlər. Uşağın səsi ilə (cığıltı) bağlı yaranmış sözdür, “təzə, körpə” və s. anlamlarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim dövrlərdə çoğı sözü olub və “səs” mənasında işlədilib. Çağlamaq (su səsi), çağırmaq, çığırmaq sözləri onun əsasında əmələ gəlib. Bağır, bəyir, böyür sözləri kimi, çağır və çığır kəlmələri də daxili fleksiya zəminində əmələ gəlib. Belə məlum olur ki, -ır şəkilçisi adlardan feil düzəldib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDeyirik: ildırım çaxdı. Bir də deyirik: başına güllə çaxdı. Birinci halda çaxmaq sözü yaxmaq (yandırmaq) kəlməsinin dəyişmiş formasıdır, ikinci halda çaxmaq sözü qaxmaq (vurmaq) sözünün dəyişmiş formasıdır. Deməli, indi çaxmaq kimi işlədilən bu sözlər tarixən müxtəlif kəlmələr olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇaxmaq feili ilə kökdaşdır. “Bir-birinə çaxılmaq” mənasını əks etdirir. Deməli, çaxnaşmaq “çaxmaq” feilinin qarşılıq –birgəlik növündə işlədilmiş formasıdır. Dialektlərdə yığmaq feilindən yığnal forması özünü göstərir. Həmin qəlib üzrə də çaxmaq kəlməsindən çaxnal feili əmələ gəlib. Sözün törəmə kökü yığna vəçaxnadır, -aş isə qarşılıq-birgəlik bildirən şəkilçidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇınqıl, çaqıl, çaxsaq (bu, “daşlı yer” kimi şərh olunub) sözləri kökdaşdır. Bəzi dialektlərdə daşı çox olan daşlağa “çaxraq” deyirlər. (Güman ki, çaxsaq sözünün dəyişmiş formasıdır). Belə görünür ki, çax (çaq) kəlməsi “daş” anlamını əks etdirib. İndi çaqıl və çınqıl “xırda daşlar” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə çart sözü “кусочек” anlamında açıqlanıb, çaq-çuq yerinə çart-çurt işlədilib. Çaq-çuq “hissə-hissə qazanma” deməkdir və çart-çurt sözünün bir qədər dəyişmiş formasıdır. 2-ci yorum: təqlidi sözdür, fasilə ilə çıxarılan səsdir, “fasilə ilə qazanc” mənasında da işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇal saqqal deyirik, çil toyuq işlədirik. Çal və çil tarixən eyni söz olub, fleksiya yolu ilə forma və məna dəyişib. Kül rəngində dəmgülləri, ləkələri olan şeyə çal deyiblər. Çil toyuqda da belə ləkələr olur. İndi çal sözü “ağ (külə bənzər) rəng” anlamında işlədilir. Çalar sözü də, ehtimal ki, buradandır (yada sal məna çaları). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti