Rəqəmlərin (sayların) insan həyatı, xarakteri və taleyi üzərində mistik və simvolik təsirini öyrənən sahə.
Numerologiya hər rəqəmin xüsusi mənəvi gücə və enerjiyə malik olduğunu iddia edən ezoterik sistemdir. Bu sistemə görə rəqəmlər təsadüfi deyil. Hər bir rəqəm (1-dən 9-a qədər) müəyyən enerji daşıyır. Doğum tarixi və adlar vasitəsilə insanın “həyat yolu nömrəsi”, “ruhi nömrəsi” və “tale nömrəsi” hesablanır. Beləliklə, rəqəmlər insanın güclü və zəif tərəflərini, peşə seçimlərini, münasibətlərdə uyğunluğunu və s.-ni müəyyən edir. İnsanın doğum tarixi və adı onun xarakterini, taleyini və həyat yolunu müəyyənləşdirir. Məsələn, doğum tarixi 28.12.2008 olan birinin numeroloji hesablaması belə olur: 2 + 8 + 1 + 2 + 2 + 0 + 0 + 8 = 23 → 2 + 3 = 5. Bu insanın “Həyat yolu rəqəmi” 5 olur — yəni azadlıqsevər, dəyişikliklərdən qorxmayan, enerjili şəxs.
Azərbaycan dilinin izahlı lüğəti