Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama. □ Şagirdlərinin ağzıbütövlüyünə görə müəllim onları lap çox istəyirdi.
Bax: ağzıbütöv.
Bax: ağzıbütövlük.
Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz. □ Ağlı olmağına ağlı vardı, amma ağzıcırıq adam idi.
Söz saxlamayan, sirr saxlamayan; xəbərçi. □ A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir (M.F.Axundzadə).
Ağzıdağınıq adamın xasiyyəti. □ O, ağzıdağınıqlıq eləyəndə hamı onu qınadı.
Arxaizm. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. □ Müdriklər və peyğəmbərlər istənilən mübahisədə insanları dözümlü və ağzıdualı olmağa çağırıblar.
1. Ağız quruluşu əyri olan. □ Uşaq anadangəlmə ağzıəyri idi. 2. Məcazi mənada: incik, küskün, narazı. □ Toydan qayıdanların bəziləri ağzıəyri qayıdırdı, bəziləri isə xoşbəxt.
Ağzı enli, enli ağızlı. □ Ağzıgen qab.
Bax: ağzıgöyçək.
Bax: ağzıgöyçəklik.
Ağzına gələni danışan adam; boşboğaz. □ Dünəndən bəri nə qədər ağzıgöyçək yumub gözünü, açıb ağzını.
Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. □ Ağzıgöyçəklik ancaq bikar adamların işidir.
Sahibsiz, yiyəsiz, başlı-başına.
See also:
Bax: ağzıpərtöv.