Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

abolisionizm [abalisiyanizm] isim lat. abolitio – məhvetmə, ləğvetmə

1. Politologiya. Hər hansı hədsiz məhdudlaşdırıcı qanunun ləğvinə çalışan ictimai hərəkat. □ Abolisionizm hərəkatı.

2. Tarix. XVIII-XIX əsrlərdə ABŞ-da, sonralar isə İngiltərə, Fransa və Avropanın bir sıra digər ölkələrində köləliyin ləğvi uğrunda gedən mübarizə. □ Abolisionizm dalğası.

Azərbaycan dilinin izahlı lüğəti

abonement [abanement] isim fr. abonnement – yazılmaq, üzv olmaq

Nəqliyyat vasitələrindən, idman qurğularından (stadion, üzgüçülük hovuzu və s.), habelə rabitə-kommunikasiya vasitələrindən (telefon, televiziya, internet) və s. müəyyən müddət ərzində istifadə etmək hüququ; bu hüququ təsdiq edən sənəd. □ Aylıq abonement.

Azərbaycan dilinin izahlı lüğəti

abonent [abanent] isim alm. abonnent

1. Abonementdən istifadə edən şəxs. Abonenti olmaq.

2. Telefonun sahibi olan şəxs və ya idarə.Abonent məşğuldur.

See also:

jurnalistika: abonent şəbəkəsi jurnalistika: kabel televiziyası abonenti Azərbaycan dilinin izahlı lüğəti

abordaj [abardaj] isim fr. abordage – gəmi bortu

Avarlı və yelkənli gəmilərdə tətbiq edilən dəniz döyüşü üsulu. Abordaj zamanı düşmən gəmisi qarmaq atılaraq yaxına çəkilir və əlbəyaxa döyüş aparılır.

Azərbaycan dilinin izahlı lüğəti

aborigen [abarigen] isim latın

1. Biologiya. Təkamül prosesində əmələ gəldiyi yerdə indi də yaşayan orqanizm. □ Qarışqayeyən və yabanı kartof Cənubi Amerika aborigenləridir.

2. Politologiya. Coğrafiya. Müəyyən ərazidə qədimdən məskən salmış yerli sakinlər. □ Aborigen rəqsi.

Azərbaycan dilinin izahlı lüğəti

abraziya [abraziya] isim latın

GeologiyaDəniz dalğalarının davamlı olaraq sahilboyu süxurları ovaraq dağıdıb parçalaması. □ Dənizdə suyun səviyyəsi artdıqca, yaxud sahil zolağı çökdükcə abraziya prosesi şiddətlənir.

See also:

coğrafiya: abraziya düzənliyi coğrafiya: abraziya sütunu coğrafiya: abraziya terrası coğrafiya: abraziya yarğanı Azərbaycan dilinin izahlı lüğəti