1. Anatomiya. İnsan və heyvanların üzlərinin alt tərəfində, alt və üst çənələri arasında yerləşən, yeyib-içməyə və səs çıxarmağa imkan verən bədən üzvü. □ Ağzını yumaq. Ağzı acı dadmaq.
2. Qabın, qazanın, quyunun və s.-nin açıq tərəfi. □ Qazanın ağzı. Ağız torba deyil ki, büzəsən.
3. Odlu silahların lüləsinin ön tərəfindəki deşik, güllə çıxan tərəfi. □ Tüfəngin ağzı. Əsgərlər topun ağzını düşmən cəbhəsinə tərəf yönəltdilər.
4. Kəsici alətlərin iti tərəfi. □ Baltanın ağzı. Mişarın ağzı. Bıçağın ağzı.
5. Bir yerin və ya şeyin bilavasitə qabağı, önü, yaxınlığı; girəcək, kandar. □ Pəncərənin ağzı. Tülkü düz onların evlərinin ağzına qədər gəlmişdi.
6. Qoşma kimi: qabaq, ərəfə. □ Bayram ağzı, adətən, evlər təmizlənir və bəzədilir, təzə paltarlar alınır.
7. Saylarla – dəfə, yol (oxumaq haqqında). □ Bir ağız mahnı oxumaq.
8. Xalçaçılıq. Toxunmuş və ya toxunmaqda olan xalça eninin kənar hissəsi. □ Xalçanın ağzı əyilib.
Bax: ağuz.
Azərbaycan dilinin izahlı lüğətiBir sıra frazeoloji birləşmələr tərkibində “qarşı-qarşıya”, “birlikdə” və s. mənalarda işlənir.
See also:
Sifət; zahiri görünüş, görkəm. □ Davadan sonra onun ağız-burnu qan içində idi.
See also:
1. Ağzı ilə qoparmaq, ağzı ilə dartmaq, ağzını toxundurmaq. □ Pişik həmin an yerdə çırpınan bala sərçəni ağızladı.
2. Məcazi mənada: töhmətləndirmək, acıqlanmaq, üstünə qışqırmaq; nəsihət vermək. □ Anası bərk əsəbiləşdiyindən qızını ağızladı.