Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bağlamaq [bağlamax] feil

1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək.Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq. Atı atın yanında bağlasan, həmrəng olmasa, həmxasiyyət olar. (Atalar sözü).
2. İp və s. ilə bir şeyi başqasına və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək, boğça etmək, boğça halına gətirmək. Gül dəstəsi bağlamaq. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq.
3. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. Yaranı bağlamaq. Ağrımayan başa dəsmal bağlamazlar. (Atalar sözü).
4. Taxmaq, asmaq, qurşanmaq. Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq. Abrını yeyib, həyasını da belinə bağlayıb. (Atalar sözü).
5. Qapamaq, qıfıllamaq, kilidləmək.Qapıları bağlamaq. Dükanları bağlamaq.
6. Düymələmək, ilməkləmək, keçirmək. Paltonun yaxasını bağlamaq. Dəli bağlayanı ağıllı aça bilməz. (Atalar sözü).
7. Yapışdırmaq. Paketin ağzını bağlamaq.
8. Kəsmək, qabağını almaq, mane olmaq. Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq. Allah bir yandan bağlayanda, bir yandan açar. (Atalar sözü).
9. Məcazi mənada: məğlub etmək, üstün gəlmək, deyişmədə. Zərnişan onunla deyişmişdi. “Sinədən” dediyi sözlərlə aşığı bağlamışdı. (M.Arif).
10. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək.Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq.
11. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. İşin axırını gətirib ona bağladılar.
12. Məcazi mənada: birləşdirmək, yaxınlaşdırmaq, əlaqələndirmək, rəbt etmək. Onları tale bir-birinə bağladı. (Ə.Əbülhəsən).
13. Məcazi mənada: rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir.
14. Bənd etmək, aşıq etmək. Necə ki, haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. (M.S.Ordubadi).
15. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq.
16. Məcazi mənada: ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək.
17. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq.
18. Üz tutmaq, örtülmək. Qaymaq bağlamaq. Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq.
19. Hasil etmək, zahir etmək, əmələ gətirmək. Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq.
20. Təşkil etmək, düzəltmək. Sıra bağlamaq. Səf bağlamaq.
21. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq.
22. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. Könül bağlamaq. Ümid bağlamaq. Nə yada sirrini ver, nə namərdə bel bağla. (Atalar sözü).

See also:

frazeologizm: ağrımayan başına dəsmal bağlamaq frazeologizm: ağrımaz başına buz bağlamaq frazeologizm: ağzını bağlamaq frazeologizm: atı atın yanına bağlamaq frazeologizm: başa örpək bağlamaq frazeologizm: başına qara bağlamaq frazeologizm: başını bağlamaq frazeologizm: bel bağlamaq frazeologizm: bənd-bərəni bağlamaq frazeologizm: boğazına bağlamaq frazeologizm: bordağa bağlamaq frazeologizm: dəvəni eşşəyin quyruğuna bağlamaq frazeologizm: dilini bağlamaq frazeologizm: düymə bağlamaq frazeologizm: əhd-peyman bağlamaq frazeologizm: əl-ayağını bağlamaq frazeologizm: əl-qolunu bağlamaq frazeologizm: əlləri qabar bağlamaq frazeologizm: ərp bağlamaq frazeologizm: ət bağlamaq frazeologizm: ətəyinə bağlayıb saxlamaq frazeologizm: göl bağlamaq frazeologizm: göbək bağlamaq frazeologizm: gözünü bağlamaq frazeologizm: his bağlamaq frazeologizm: imanına tula bağlayım frazeologizm: iti açıb daşı bağlamaq frazeologizm: iti quyruğundan bağlasan, durmaz frazeologizm: karvan bağlamaq frazeologizm: kəmər bağlamaq frazeologizm: kif atmaq (bağlamaq) frazeologizm: könül bağlamaq frazeologizm: qapıları üzünə bağlamaq frazeologizm: qarın bağlamaq (buraxmaq) frazeologizm: qarnına qarın bağlayıb frazeologizm: qəməni üstdən bağlamaq frazeologizm: qubar bağlamaq frazeologizm: quru yerdən şan bağlamaq frazeologizm: lay bağlamaq frazeologizm: ləçək örtmək (bağlamaq) frazeologizm: namusu yeyib, arı belinə bağlayıb (şəlləyib) frazeologizm: pinə bağlamaq frazeologizm: piy bağlamaq frazeologizm: sözə quyruq bağlamaq frazeologizm: süpürgə bağlamaq frazeologizm: tar bağlamaq frazeologizm: ünsiyyət bağlamaq (qurmaq) frazeologizm: ümid bağlamaq (bəsləmək) frazeologizm: ürəyi qubar eləmək (bağlamaq) frazeologizm: ürəyinə daş bağlamaq frazeologizm: üzünə üz bağlamaq frazeologizm: vedrə bağlamaq frazeologizm: yemək yeyəndə pişiyin gözünü bağlayır frazeologizm: yükünü tutmaq (bağlamaq) frazeologizm: zurna bağlamaq Azərbaycan dilinin izahlı lüğəti

bağlanmaq [bağlammax] feil

1. "Bağlamaq" feilinin məchul növü.İki at bir ağaca bağlanmaz. (Atalar sözü)
2. Bitmək, bitmiş olduğu elan edilmək. İclas bağlandı.
3. Qapanmaq, qıfıllanmaq, kilidlənmək. □ Qapı bağlandı. Evdə bağlanıb bayıra çıxmamaq.
4. Məcazi mənada: vurulmaq, aşiq olmaq, məftun olmaq, bənd olmaq. □ Nəriman qəlbi ilə nişanlısına nə qədər bərk bağlandığını düşündü. (Mir Cəlal)

See also:

frazeologizm: basaratı bağlanmaq frazeologizm: başı bağlanmaq frazeologizm: bazarı bağlanmaq frazeologizm: bəxti bağlanmaq frazeologizm: bəsarəti bağlanmaq frazeologizm: bəsirəti bağlanmaq frazeologizm: dili bağlanmaq frazeologizm: əl-qolu bağlanmaq frazeologizm: gözləri bağlanmaq frazeologizm: kitabı bağlanmaq frazeologizm: qapısı bağlanmaq Azərbaycan dilinin izahlı lüğəti