Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bağışlamaq [bağışdamax] feil

1. Bir şeyi qarşılıqsız, əvəzsiz olaraq başqasına vermək, hədiyyə etmək, peşkəş vermək. □ At bağışlamaq. Torpaq bağışlamaq. Özgə kisəsindən (cibindən) pul bağışlamazlar. (Atalar sözü).
2. Məcazi mənada: bəxş etmək, vermək. □ Elə bil, bağışladın mənə sevinc dolu bir aləmi. (R.Rza).
3. Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. □ Borclarını bağışlamaq.
4. Günahından, təqsirindən keçmək, əfv etmək. □ ..Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamanızı xahiş edirəm. (Mir Cəlal).
5. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız – söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. □ Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla.
6. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız – bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. □ Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm.

See also:

frazeologizm: canını bağışlamaq frazeologizm: qara gözlərinə bağışlamaq frazeologizm: təsir bağışlamaq Azərbaycan dilinin izahlı lüğəti