Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq. □ İş görməyi bacarmırsan. Yemək bişirməyi bacarmıram. Bacarmadığın işin qulpundan yağışma. (Atalar sözü). İstədiyin kimi yox, bacardığın kimi yaşa. (Atalar sözü).
See also:
1. Arxaizm. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi, ümumiyyətlə vergi. □ Kişi bütün dünyadan bac-xərac alır. (C.Cabbarlı).
2. Arxaizm, tarix. Qalibin məğlubdan aldığı təzminat, vergi. □ Xəlil paşa Koroğluya yeddi ilin bac-xəracını verdi. (“Koroğlu”).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların bir-birinə və ya qardaşlarına olan qohumluq münasibəti. □ Doğma bacılar. Əkiz bacılar. Bacı ki, ərə getdi, ixtiyarı da səndən getdi. (Atalar sözü). Bu yurdun tacı bağlar; Meyvəsi acı bağlar, Ağrısa qardaş başı; Yenə də bacı ağlar. (Bayatı).
2. Tanış olmayan qadına, qıza ehtiramla müraciət, hörmət üçün qadınların adlarına, yaxud ləqəbinə əlavə olunur. □ Ey atalar, analar, ey gəlinlər, bacılar; Az keçər bahar kimi ürəyiniz açılar. (S.Rüstəm).
See also: