1. Arxaizm. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi, ümumiyyətlə vergi. □ Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. (“Koroğlu”)
2. Arxaizm. Məcazi mənada: vergi. □ Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın. (M.Füzuli)
3. Arxaizm. Tarix. Qalibin məğlubdan aldığı təzminat, vergi. □ Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. (“Koroğlu”)
4. Arxaizm. Məcazi mənada: intiqam, qisas, əvəz çıxma. □ İşə bir bax. Gör kim kimdən bac alır! (Mir Cəlal)
See also:
1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. □ Evin bacası. Fabrik bacası. Rüşvət qapıdan girəndə, iman bacadan çıxar. (Atalar sözü).
2. İşıq və hava gəlmək üçün bəzən kənd evlərinin və anbarların damında pəncərə əvəzinə qoyulan dəlik. □ Tövlənin üst tərəfindəki iki baca qarın işığını, ayazın şaxtasını içəriyə buraxmır. (S.Rəhimov).
3. Su kəməri, lağım və s. bu kimi yeraltı qurğuları yoxlamaq üçün qoyulan örtülüb açılan dəlik, qapaq. □ Top gülləsi evin divarında bir baca açdı.
See also: