Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

advayzer [advayzer] isim ing. adviser – məsləhətçi

Avropanın bəzi ölkələrində tələbənin, aspirantın, tədqiqatçının elmi məsləhətçisi, kuratoru. □ Universitet advayzeri.

Azərbaycan dilinin izahlı lüğəti

adyunktura [adyunk'tura] isim lat. adjunctusəlavə, sıx birləşmə

Pedaqogika. Hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksəkiхtisaslı elmi-pedaqоji kadrların hazırlanması mərhələsi. □ Adyunktura keçmək.

Azərbaycan dilinin izahlı lüğəti

aero... [ayro] yun. aero – hava

Müxtəlif sözlərə qoşularaq hava, fəza ilə bağlı mənalar yaradır; məs.: aerobus, aerostat.

Azərbaycan dilinin izahlı lüğəti

aerobika [ayrobik'a] isim  ing. aerobics < aero... + bios – həyat

Ritmik musiqi sədaları altında müxtəlif hərəkətlərlə müşayiət olunan gimnastika; ritmik rəqs. Aerobika məşğələsi.

Azərbaycan dilinin izahlı lüğəti

aerobus [ayrobus] isim aero... + lat. omnibus – hamı üçün

Nəqliyyat. Orta və uzaq məsafələrə uçan, çox sərnişin tutan təyyarə. □ Müasir aerobus.

Azərbaycan dilinin izahlı lüğəti