Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

abajur [abajur] isim fransız

Gözü işıqdan qorumaq üçün lampaya keçirilən örtük, qalpaq. □ İpək abajur. Şüşə abajur.

Azərbaycan dilinin izahlı lüğəti

abak [abak'] isim yunan

1. Memarlıq. Sütun başlığının dördbucaqlı şəklində olan yuxarı hissəsi.
2. Qədim yunanların və romalıların hesab lövhəsi.

Azərbaycan dilinin izahlı lüğəti

abba[abbat] isim

1. İlahiyyat. Katolik kilsəsinin başçısı; rahib, rahibə.

2. İlahiyyat. Katolik kilsədə dini rütbə; rahib.

Azərbaycan dilinin izahlı lüğəti