Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

adam [adam] isim ərəb

1. Şüurlu davranmaq, danışmaq və düşünmək qabiliyyəti olan ictimai varlıq; insan, bəşər. □ Savadlı adam. Ağıllı adam. Suyun lal axanı, adamın yerə baxanı. (Atalar sözü).

2. Hər hansı bir icmanı təşkil edən fərdlərdən hər biri, üzvü. □ Bizim kəndin adamları.

3. Məcazi mənada: əxlaqlı, qanacaqlı insan. □ Alim olmaq asandır, adam olmaq çətin (Atalar sözü). Adam olana bir söz yetər. İki kəlmə söz danışmağa adam tapa bilmirsən.

4. Bəzən qeyri-müəyyən əvəzlik yerində işlənir. □ Adam özünə bir çörək ağacı tapmalıdır. Adam paltar ilə tanınmaz.

5. Sözü tutan, xoşu gələn şəxs. □ Lap mənim adamımsan. Get, adamını tap.

6. İşçi, fəhlə, kadr, köməkçi, dəstə üzvləri. □ Murov və naçalnik adamları ilə alaçığı çevirirlər. (M.F.Axundzadə). Düzünü de görüm, kimin adamısan? Təhlükə hiss edən kimi Qaçaq Nəbi adamlarını da götürüb dağa qalxırdı.

7. Məcazi mənada: arxa, havadar, tərəfdar, kömək, himayəçi, qohum-qardaş. □ Onun nazirlikdə adamı var.

See also:

frazeologizm: adam arasına çıxarmaq frazeologizm: adam arasına çıxmaq frazeologizm: adam cildindən çıxmaq frazeologizm: adam cildinə düşmək frazeologizm: adam eləmək frazeologizm: adam içinə çıxmaq frazeologizm: adam salmaq frazeologizm: adam saymamaq frazeologizm: adam yerinə qoymamaq frazeologizm: adama dırmaşmaq frazeologizm: adama gəl-gəl deyir frazeologizm: Allah adamı frazeologizm: aralıq adamı frazeologizm: bir adamın da burnu qanamadı frazeologizm: bir adamın toyuğuna “kiş” deməz (daş atmaz) frazeologizm: bu dünyanın adamı deyil frazeologizm: qırmızı adam frazeologizm: üstünə adam salmaq frazeologizm: zəmanə adamı Azərbaycan dilinin izahlı lüğəti