Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

açıq [açıx] sifət

1. Qıfılsız, bağlı olmayan, kilidlənməmiş. □ Açıq qapı. Açıq pəncərə. Açıq şkaf.

2. İşləyən, fəaliyyətdə olan, maneəsiz girişi olan. □ Açıq dükan. Açıq kafe.

3. Qapalı olmayan, örtüksüz, damı olmayan. □ Açıq avtomobil. Açıq bədən. Açıq balkon. Açıq kinoteatr.

4. Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli; hasarı, hüdudu olmayan. □ Açıq dəniz. Açıq sahə.

5. Sərbəst, maneəsiz, heç bir şeylə məhdudlaşmayan. □ Açıq yol. Açıq satış.

6. Buludsuz, aydın, təmiz, tutqun olmayan. □ Açıq hava. Açıq səma. Tur Heyerdal Qobustanı “açıq səma altında muzey” adlandırmışdı.

7. Girişi hamı üçün sərbəst olan, gizli olmayan, heç kimə məhdudiyyət qoyulmayan. □ Açıq görüş. Açıq iclas. Açıq məhkəmə.

8. Səmimi, üstüörtülü olmayan, aşkar, bəlli, aydın, gizli olmayan. □ Açıq adam. Açıq söhbət. Açıq mübarizə. Açıq qəlb. Açıq ədavət. Açıq ifadə.

9. Zərf kimi: heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən. □ Açıq danışmaq.

10. Rəngi tünd, tutqun olmayan, zəif. □ Açıq çay. Açıq rəng. Açıq paltar.

Qeyd: Rəng adlarının qarşısında işlənərək sifətin azaltma dərəcəsini yaradır. Bu cür sözlər defislə yazılır; məsələn, açıq-bənövşəyi, açıq-qırmızı, açıq-sarı, və.s.

See also:

frazeologizm: açıq başla frazeologizm: açıq gözlə baxmaq frazeologizm: açıq qalmaq frazeologizm: açıq qapı günü frazeologizm: açıq qıfıla açar salmaq frazeologizm: açıq ürəklə frazeologizm: arası açıq olmaq frazeologizm: qapısı üzünə açıq olmaq frazeologizm: məscidin qapısı açıqdır, itin abrına nə gəlib frazeologizm: süfrəsi açıq olmaq frazeologizm: üzünə qapılar açıq olmaq jurnalistika: açıq fərdi məlumatlar jurnalistika: açıq informasiya jurnalistika: açıq qapı günləri jurnalistika: açıq məhkəmə iclası jurnalistika: açıq siyasi maraqlardan uzaqlaşma jurnalistika: açıq tədbir jurnalistika: açıq yayım jurnalistika: ümumi istifadə üçün açıq informasiya coğrafiya: açıq dəniz coğrafiya: açıq iqtisadiyyat Azərbaycan dilinin izahlı lüğəti