Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zandr [zandr] isim island

Coğrafiya. Buzlaqların kənarlarında çınqıl və qum laylarının yaratdığı dalğavarı maili düzənlik.

Azərbaycan dilinin izahlı lüğəti

zoobentos [zoobentos] isim yunan

Zoologiya. Coğrafiya. Bütün həyatını və ya onun çox hissəsini su hövzələrinin dibində və qruntunda keçirən heyvanlar qrupu.

Azərbaycan dilinin izahlı lüğəti

zoocoğrafiya [zoocoğrafiya] isim yunan

Zoologiya. Coğrafiya. Heyvanların və heyvan ekoloji qruplarının müasir dövrdə və keçmişdə Yer kürəsində coğrafi yayılmasının əsas qanunauyğunluqlarını öyrənən elm sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti

zookütlə [zookütlə] isim yunan

Zoologiya. Coğrafiya. Eyni növ, növlər qrupuna və ya zoosenoza daxil olan heyvanların, yaxud onların hamısının hər hansı sahə vahidinə düşən ümumi kütləsi.

Azərbaycan dilinin izahlı lüğəti

zoomeşəmeliorasiya [zoomeşəmeliyarasiya] isim yunan/latın

İqtisadiyyat. Coğrafiya. Heyvandarlığı yem bazası ilə təmin etmək məqsədilə quru bozqır, yarımsəhra və səhra rayonlarında qoruyucu meşə zolaqlarının salınması.

Azərbaycan dilinin izahlı lüğəti