1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. □ Asta yeri, kəmər düşər belindən; Aman nənə, zalım nənə, yar nənə; Ayrı düşdüm gülümdən, bülbülümdən; Aman nənə, zalım nənə, yar nənə! (Xalq mahnısı).
2. İsim kimi: zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız adam. □ Zalıma rəhm etmək, məzluma zülm etməkdir. (Atalar sözü).
3. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında (bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir). □ ..bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. (C.Məmmədquluzadə).
See also: