Bax: xoşəxlaqlı.
Yaxşı əxlaqlı, gözəl xasiyyətli, xoşxasiyyət. □ Xoşəxlaqlı adam.
Xoşəxlaq adamın keyfiyyəti, əxlaq gözəlliyi, əxlaqca yaxşılıq.
Təmiz, əxlaqlı. □ Xoşəməl adam.
Bax: xoşbu.
Bax: xoşniyyətli.
Xoşgəldin eləmək – gələnə “xoş gəldin!” deyərək salamlaşmaq. □ Qonaqları salamlayaraq xoşgəldin eləmək.
Bax: xoşkəlam.
Bax: xoşgüzəranlı.
Güzəranı, həyatı xoş keçən, yaxşı yaşayan. □ Xoşgüzəranlı həyat sürmək.
1. Halı, əhvalı xoş olan; şad, məmnun, razı. □ Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoş-haləm. (M.Füzuli). 2. Zərf: mehribanlıqla, mülayim bir tərzdə. □ Xoşhal cavab vermək.
Bax: xoşhallandırmaq.
Fərəh gətirmək, şad etmək, sevindirmək, ürəyini açmaq. □ Ətrafdakı hər şey insanı xoşhallandırıb, könlünü açırdı. (M.Süleymanov).
Bax: xoşhallanmaq.