1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. □ Xoş təbiət. Xoş söz.
2. Ruhu oxşayan, ləzzət verən, səfalı, nəşəli. □ Xoş bir hava.
3. Mehriban, könlü oxşayan, ürəyəyatan. □ Xoş baxış.
4. Gözəl, yaxşı, fərəhli, xoşbəxt. □ Xoş gələcək.
5. Klassik ədəbiyyatda xoşa şəklində bəxtəvər, bəxtəvər başına (istehza ilə) mənalarında işlənmişdir. □ Xoşa o aşiqə kim, məclisində yarı ola; Vüsali-yardə fərxəndə ruzigarı ola. (S.Ə.Şirvani).
6. Xoşdur şəklində – yaxşıdır, gözəldir. □ Xoşdur səhər nəğməsi; Səhərin oyaq səsi; Axşamın havasından! (M.Müşfiq).
7. Zərf kimi: xoşla şəklində-könüllü (olaraq), zorsuz, öz razılığı ilə, öz xoşu ilə. □ Xoşla iş görmək.
See also: